• corpo

İstehsal prosesi

Bonduelle qrupunun məqsədi ehtiyacları proqnozlaşdırmaq, yeni məhsullar yaratmaq, istehlakçılarımızı təəccübləndirmək və zövqünü oxşamaqdır.

Bonduelle təcrübəsi əsasında innovasiyaların tətbiqi

“Multi-məhsul” və “multi-texnologiyada” beynəlxalq mütəxəssis kimi Bonduelle istehlakçılara təzə, konservləşdirilmiş və dondurulmuş tərəvəzlər təklif edir.

Müstəqil laboratoriyalarda aparılan müntəzəm analizlərdən əlavə, hər bir istehsal bölməsi ciddi qaydalara uyğun öz yoxlamalarını edir. Buraya, istehlakadək tərəvəzin təzəliyi, bütün istehsal mərhələlərində standartlara uyğunluq və son məhsulun mikrobioloji stabilliyi daxildir.

Sifarişin qəbulundan çatdırılmayadək, aqronom tədqiqatından tərəvəzlərin hazırlanmasına qədər, Bonduelle zincirinin hər bir bölməsindəki fərd bir ümumi fikirlə əlindən gələni edir: istehlakçılara fasiləsiz xidmət.

Bonduelle konservləşdirmə prosesi

Bu 3D film Bonduelle tərəvəzlərinin yarım gündən az vaxtda konservləşdirilmə prosesini göstərir:

Tərəvəz seçimi və məhsul yığımı
Bizim kənd təsərrüfatı partnyorlarımız təchizat zinciri nizamnaməsinə sadiq olaraq, eləcə də nəzarət olunan əkinçilikdən istifadə edərək bizi xammalla təmin edir.

Fabrik qəbulu
Fabrikdə qəbul olunmazdan öncə bir sıra yoxlamalar aparılır:

  • Analizlər
  • Təsdiqləmə (dad, rəng, dərəcə, yetişmə və s.)
  • Müəyyən tələblərə uyğunluq

Ventilyasiya ilə sortlaşdırma
Daha sıx məhsullar (toxumlar) yüngül olanlardan (yarpaq və ləpələr) hava axını ilə ayrılır.

Ələmə
Ələmə sıx şeylərin (daş, şüşə və s) təvəzlərdən su axını ilə ayrılmasından ibarətdir.

Yuma
Yuma Bonduelle tərəvəzlərinin hazırlanmasında vacib əməliyyatdır, bu zaman yad materiallar (torpaq, toz) və duz qalıqları təmizlənir.

Budama
Tərəvəzlərin uclarında dəliklər olduğu üçün kəsilir. Bu zaman, üstü və saplağı kəsilir, məsələn: lobyalarda

Ölçmə
Nazik, çox nazik və ya ekstra nazik tərəvəzlər ölçülərinə görə seçilməsi üçün deşikli silindrlərdən keçirilir.

Blanş
Blanş tərəvəz prosesi zamanı isti su və buxardan istifadə edilən standart prosesdir. Bu tərəvəzlərdəki qazların və güclü qoxuların qarşısını alır. Bu mərhələnin deqradatif enzimlərin azaldılmasında effektivliyi var.

Qablaşdırma
Etiketdə göstərilmiş tərəvəz miqdarı dəqiq şəkildə ölçülür və konservləşdirilir.

Şirələmə
Bir çox sterilizə olunmuş məhsullar su, duz və ədviyyatlardan hazırlanmış “şirə” ilə örtülür. Bu inqredientlərə dad verir və bişməyə kömək edir.

Bağlanma
Konservlər sonları və gövdəsi örtülməklə germetik üsulla, ustalıqla bağlanır. Düzgün konservasiyada vacib sayılan, hava sıxılığını təmin etmək üçün güclü şəkildə sıxılır. Konservin üzərində istifadə müddəti göstərilir.

Sterilizasiya
Məhsulun xarab olmasına səbəb ola bilən mikrobların qarşısı isti ilə alınır. Bu proses həmçinin, bişirmə və məhsulun mühafizəsinə xidmət edir.

Ağ qutuların saxlanılması
Soyutduqdan sonra, konservlər paletlərə yerləşdirilir və anbarda saxlanılır.

Etiketləmə
Etiketdə konservin içindəkilər, süfrəyə verilmə təklifləri və çəki, tərkib, qidalandırıcı məlimatlar barədə informasiya, istehlakçının öz dilində açıq şəkildə göstərilir.

Keyfiyyət nəzarəti
Hazırlanma və anbara yığılma arasında onlarla keyfiyyət nəzarətləri aparılır ki, buraya temperature, baktereoloji vəçəki yoxlamaları daxildir. Bonduelle fermadan istehsala qədər dəqiq izlənməni təşkil edir ki, keyfiyyət problemi olarsa, dərhal tədbir görülsün.

Paketləşdirmə və saxlanma
Etiketlənmiş konservlər paletlərlə anbarda saxlanılır.

Çatdırılma
Konservlər satış nöqtəsinə yük maşını ilə çatıdırılır.

Dondurulmuş tərəvəzlərin istehsal prosesi

Bu 3D film Bonduelle tərəvəzlərinin yarım gündən az vaxtda konservləşdirilmə prosesini göstərir:

Tərəvəz seçimi və məhsul yığımı
Bizim kənd təsərrüfatı partnyorlarımız təchizat zinciri nizamnaməsinə sadiq olaraq, eləcə də nəzarət olunan əkinçilikdən istifadə edərək bizi xammalla təmin edir.

Fabrik qəbulu
Fabrikdə qəbul olunmazdan öncə bir sıra yoxlamalar aparılır:

  • Analizlər
  • Təsdiqləmə (dad, rəng, dərəcə, yetişmə və s.)
  • Müəyyən tələblərə uyğunluq

Ələmə
Ələmə sıx şeylərin (daş, şüşə və s) təvəzlərdən su axını ilə ayrılmasından ibarətdir.

Yuma
Yuma Bonduelle tərəvəzlərinin hazırlanmasında vacib əməliyyatdır, bu zaman yad materiallar (torpaq, toz) və duz qalıqları təmizlənir.

Blanş
Blanş tərəvəz prosesi zamanı isti su və buxardan istifadə edilən standart prosesdir. Bu tərəvəzlərdəki qazların və güclü qoxuların qarşısını alır. Bu mərhələnin deqradatif enzimlərin azaldılmasında effektivliyi var.

Dondurulma
Keyfiyyəti təmin etmək üçün, havanın temperaturu bir neçə dəqiqə içində -18°C-dək azaldılır. Tərəvəzlər iri konteynerlərdə temperaturu -18°C-dən aşağı olan anbarlarda saxlanılır.

Çəkisini ölçmə və qablaşdırma
Məhsullar ölçülür, çantalara və ya şkaf qutulara qoyulur. Daha sonra istifadə müddəti paketə vurulur.

Keyfiyyət nəzarəti
Hazırlanma və anbara yığılma arasında onlarla keyfiyyət nəzarətləri aparılır ki, buraya temperature, baktereoloji vəçəki yoxlamaları daxildir. Bonduelle fermadan istehsala qədər dəqiq izlənməni təşkil edir ki, keyfiyyət problemi olarsa, dərhal tədbir görülsün.

Paketləşdirmə
Çantalara yığılmış məhsullar şkaf qutulara yerləşdirilir və anbarlarda -18°C-dən aşağı temperaturda saxlanılır.

Çatdırılma
Konservlər satış nöqtəsinə yük maşını ilə çatıdırılır.

, , ,