• corpo

Bizim Fəaliyyətlərimiz

Hazırda Bonduelle konservləşdirilmiş tərəvəz üzrə dünya lideridir.

Bizim Fəaliyyətlərimiz

Fəaliyyətimiz

Texnologiyanın daima inkişaf etdiyi bu dəyişkən sektorda Bonduelle dörd texnologiya üzrə öz unikal metodlarından istifadə edir:

  • Hazır təzə tərəvəzlər
  • Delikates tərəvəzlər
  • Dondurulmuş tərəvəzlər
  • Konservləşdirilmiş tərəvəzlər

Keyfiyyətin qorunması

Bonduelle üçün məhsulların keyfiyyəti olduqca vacibdir. İstehsalat prosesindən əsas diqqət məhsulların qida dəyərini və dadını saxlamağa yönəlir.
Məhsulların keyfiyyətini və tam izlənməsini təmin etmək üçün istehsalat prosesinin müxtəlif mərhələlərində yoxlamalar aparılır:

  • Tədarükçü və toxum seçimi
  • Məhsulun müşahidəsi
  • Tərəvəzlərin yetişmə mərhələsi, onların xüsusiyyətləri
  • İstehsalat prosesi
  • Reseptlər
  • Qablaşdırma

Öhdəlik

Bonduelle-nin ümümi istehsalat sistemi qida dəyərini tamamilə saxlayan sağlam və dadlı məhsullar hazırlamaq üçün təşkil edilmişdir. Bu baxımdan, bütün məhsullarımızda qüsursuz keyfiyyəti təmin etmək üçün Bonduelle bütün istehsalat mərhələlərinə və məhsulları hazırlanmasında iştirak edən tərəflərin hamısına (fermerlər, istehsalçılar, satış şöbələri və s.) tətbiq olunan ciddi qaydalara əməl edir.

4 Güclü Brend

Bonduelle Qlobal brend, müxtəlif texnologiyalar, müxtəlif kanallar
Cassegrain Fransa üzrə ən tələbkar istehlakçılar üçün Bonduelle Cassegrain adı altında, düzbucaqlı formasında qutularda qablaşdırılmış və rəmzi dovşan şəkli ilə təmsil edilən seçilmiş məhsullar təklif edir.
Arctic Gardens Kandada dondurulmuş ərzaq brendi.
Globus Marque de conserve en Russie et CEI.

TƏBİƏTƏ QAYĞI: ƏTRAF MÜHİTLƏ DOST İSTEHSALAT

Kompleks Yanaşma

Bonduelle tərəfindən əməl edilən kənd təsərrüfatı sistemi nüfuzlu, səmərəli, sağlam və dayanıqlıdır. O, istehlakçılara qabaqcıl xidmət göstərmək və onların tələbatlarını qarşılamaq üçün ətraf mühitə hörmət və fermerlərin maliyyə məqsədləri arasında düzgün balansı saxlamağı hədəfə alır.

Birgə Öhdəlik

Qrupun kənd təsərrüfatı üzrə baxışını standartlaşdırmaq və yüksək keyfiyyətə zəmanət vermək üçün Bonduelle-nın kənd təsərrüfatı şöbəsi, fermerlər, tədarükçülər və daşınma şirkətləri arasında təchizat zənciri əsasnaməsi tərtib edilmişdir. Bu müxtəlif məhsulların arzu edilən keyfiyyətinin təmin edilməsinə və hər bir məhsulun izlənməsinə imkan verir. Bonduelle daima sizə ən yaxşı tərəvəzləri təqdim etməyə səy göstərir.

, , , , ,