• corpo

Strategiya

Bonduelle Qrupunun strategiyası səhmdarların təyin etdiyi üç əsas məqsədə əsaslanır: davamlılıq, müstəqillik və işçilərin fərdi inkişafı.

Strategiya

STRATEGİYA və Şirkətin SİYASƏTİ

Bu strategiya “Tərəvəz məhsullarının köməyi ilə ‘yaxşı yaşamağın’ dünya standartı olmaq” ambisiyasını dəstəkləyir və Qrup bir sıra məşhur brendlərə arxalanır. 2013-cü ildə şirkətin beynəlxalq istiqaməti təyin edilmişdir ki, bu brendlər üçün güclü, ortaq identikliyi yaradılsın: “Bonduelle – sizi hər gün tərəvəz yeməyə ilhamlandırır”. Qrupun marketinq komandalarının birgə apardığı işin nəticəsi olan bu istiqamət, məhsulların sağlam həyat cəhətinə əsas diqqət yetirir (sağlamlıq, qidalandırıcı dəyər, gözəl dad və s.) və Bonduelle-in bütün brendlərini, bütün kanallarda və bütün sahələrdə inkişaf etdirmək niyyətini bir daha təsdiqləyir.

Bonduelle şirkəti işçilərini idarə etmək üçün artıq bir-birinə bağlı olan 10 prinsipi yaradıb:

  • uzunmüddətli perspektiv
  • artım
  • qidanın təhlükəsizliyi
  • ekoloji məsuliyyətlilik
  • gəlirlilik
  • brend siyasəti
  • yeniliklər
  • kənd təsərrüfatı sənayesində iştirak
  • beynəlxalq inkişaf
  • fərdi inkişaf

Dünyanın təbii resurslarını qoruyub saxlamaq və eyni zamanda Qrupun artım məqsədlərinə çatmaq üçün zəruridir ki, Bonduelle beş strateji prinsipdən ibarət olan davamlı inkişaf strategiyasını həyata keçirsin:

  • insanlar
  • keyfiyyət/qida
  • təbii resurslar
  • kənd təsərrüfatı istehsalatı
  • nəqliyyat
, , , , , , ,