• cooking

Bibərlərin acılıq şkalası

Dadlı

Bibərlərin acılığı necə ölçülür?

Bibərlərin acılığının ölçülməsi

Bibərlər skovill vahidi ilə hesablanır. Şkalanın aşağısı sıfırla başlayır – bu standart dolma bibəridir. Şkala 1000,000 skovill ilə tamamlanır ki, bu da Hindistandan olan “bhut jolokia bibəri”nə aiddir. Onun acılığı o qədər çoxdur ki, Hindistan ordusu izdihamı dağıtmaq və terroristlərlə döyüşmək üçün ilk dəfə olaraq ondan qumbaralarda istifadə etmişdir. Acılıq nisbəti özlüyündə acını hiss etmək səviyyəsi ilə müəyyən olunur. Sıfır acını hiss etməmək mənasını verir. 1,000,000 isə aydındır ki, acıya dözə bilməməkdir.

heat of peppers

Bu acını yaradan kimyəvi maddələr kapsaisin adlanır. Dr. Wilbur Scoville 1912-ci ildə ekstensiv eksperimentlərindən sonra ölçmə metoduna öz adını vermişdir. O ilkin bazanı 5 dad testerində sınaqdan keçirə bildiyi bütün bibərlərə əsasən müəyyənləşdirmişdir. Bu testerlər yüksək göstəricilərin həvəskarı deyildi.