Mayyalar qarğıdalının üstündə yazırdılarmı?

Dadlı

Tərəvəz dünyasından xəbərlər – Mayyalar, qarğıdalı unundan doğulan xalq.

MayyalarMayya xalqı Meksika yaylağında 7 min il bundan əvvəl becərilməyə başlayan qarğıdalıya pərəstiş edirdi. Bu onlar üçün həm qida mənbəyi, həm də nəşələndirici içki olub. Mayyalar həmçinin inanırdı ki, ilk insanlar qarğıdalı unundan əmələ gəlmişdir.

Kolumba qədərki Amerikanın ən qabaqcıl əlifbası olan mayya yazılarını qarğıdalı dənləri ilə müqayisə edərkən oxşarlığı tapmaq çox asandır. Ayrı simvollar qarğıdalı qıçasındakı dənlər kimi yerləşir. Mayya yazıları divarlarda, qurbangahlarda, keramika məmulatlarında və sümüklərdə kəşf edilib. Mayyalar çox asan emal olunan qarğıdalının yumşaq səthində də yazırdılar? Bu hələ ki sübüt olunmayıb…

, ,