Yeməkləri necə rəngarəng etməyi bilirsinizmi?

Dadlı

Bişirdikdən sonra dadından və rəngindən zövq almaq üçün tərəvəzləri necə hazırlamağı bilirsinizmi? Burada, mətbəxdə uğurlu olan bir neçə metodları açıqlayacağıq.

Tərəvəzlər bişərkən, çoxlu kimyəvi və fiziki əməliyyatlar baş verir. Tərəvəzlərin rəngi temperatur dəyişikliyini müxtəlif cür reaksiya verə bilər. Onların yeməklərdəcazibərdarlığını azaldan bu dəyişikliklərin qarşısın almaq üçün, onların daxilində baş verən reaksiyaların növlərini bilmək lazımdır.

Green vegetables like broccoli, spinach, sorrel, brussels and sprouts owe their own colour to chlorophylls.

Ağ tərəvəzlər

Kartof, gül kələmi, soğan, ağ kələm, kərəviz və sukkini flavonoid qrupundan olan rənglərdən ibarətdir. Normal mühitdə onlar ağ rəngli olur, lakin qələvidə sarı rəng alırlar.

Buna görə də, tərəvəzlərin saralmasının qarşısını almaq üçün, qaynadıldıqları suya bir qədər limón şirəsi əlavə edin.Qazanı qapaqla örtmək yaxşıdır. Həmçinin, ağ tərəvəzləri çox bişirməyin, çünki boz rəng alarlar.

Qırmızı tərəvəzlər

Çuğundur, qırmızı kələm və qırmızı soğanların tərkibində antozyan var. Qırmızı rənglilər həm turşu, həm də qələvi mühitinə qarşı həssasdır. Ona görə də, çuğunduru limón şirəsi və ya bir qədər doğranmış alma kimi çox az turşu ilə bişirmək lazımdır. Lakin, unutmamalıq ki, azca turşu qatmaq lazımdır, çünki bu, bişmə vaxtını uzadır. Qalan turşu bişdikdən sonra əlavə edilməlidir. Tərəvəzləri azca suda sürətli bişirin. Mümkündürsə, qabıqlarını soymayın, məsələn: çuğundur. Onları buğa vermək də yaxşı kulinariya metodudur.

Yaşıl tərəvəzlər

Brokkoli, ispanaq, turşəng və Brüssel kələmi kimi tərəvəzlər rənglərini xlorofildən alırlar. Bunlar, işıq və yüksək temperatur təsirindən dağılır. Lakin, onlar suda həll olmurlar.

White vegetables like potatoes, cauliflower, onion, white cabbage contains colours from flavanoids groups.
Uzun bişmə vaxtı da onların rəngini solğunlaşdırır. Şirəli yaşıl rəngi qorumaq üçün tərəvəzlərin üstünü bağlamayın ki, tərkibindəki təbii orqanik turşular buxarlana bilsin. Yaşıl tərəvəzləri bişirməyin ən effektiv yolu onları buğa verməkdir.

Narıncı tərəvəzlər

Yerkökü, qarğıdalı, pomidor, bibərlər və balqabağların hamısı karotindən ibarətdir. Bu rənglərin stabilliyi yaxşıdır; onların turşuları və qələvilər az təsirli olur. Lakin, çox bişirildikləri təqdirdə rəngləri solğunlaşa bilər.

, , , ,