• cooking

Necə qrildə hazırlamalı və qızartmalı?

Dadlı

Düşünürdünüz ki, qrildə hazırlanmış ərzaq sağlamlığınız üçün ziyandır? Yenidən düşünün! Aşağıdakı bəzi qayadalara əməl etsəz qrildə hazırlanmış və qızardılmış qidalar həm dadlı, həm də sağlam ola bilər.

Qrildə hazırlanma

Tez-tez eşdirik ki, qrildə hazırlanmış qidalar sağlamlığa ziyandır. Lakin, düzgün qaydalara əməl etməklə bu formalı qidaların çoxlu üstünlükləri olur. Qidanı Qrildə hazırlamağın ən yaxşı tərəfi odur ki, ekstra yağ əlavə olunmur. Ət məhsullarının və tərəvəzlərin qrildə hazırlanması çox qısa vaxt alır ki, bu da qidanı dəyərli mineralların və vitaminlərin itirilməsindən qoruyur. Həmçinin, qrildə hazırlanmazdan qabaq qidanı duzlamaq lazımdır. Bir neçə vacib qaydalara əməl etməklə qızartmaq daha təhlükəsizdir. Üzərində yemək hazırlanan buxarı barmaqlığı diqqətlə təmizlənməlidir. Yanmış yağ və əvvəlki qidadan qalmış qalıq zəhərli maddələrin mənbəyidir. Qrildə nəyi və necə qızartmaq da çox vacibdir. Soba bərabər şəkildə isinməlidir. Bunun üçün xüsusi növ kömürlərdən də istifadə etmək olar.

How to grill and roast?

Qızartma

Duxovkada hazırlanma hərarətlə emalın daha bir növüdür. Bu adətən 160-250°C arası temperaturda baş verir. Münasib temperaturun seçilməsi məhsulun tipindən asılıdır və yeməyin keyfiyyətinə təsir edən əsas faktordur. Yeməyi yaxşı hazırlamaq üçün, ərzağın növündən asılı olaraq bir neçə dəqiqədən 3-4 saata qədər vaxt tələb olunur. Yüksək temperatur ərzağın tərkibindəki proteinin və nişastanın həzmini asanlaşdırır. Qidanın xarici hissəsində (bu yüksək temperaturun təsirindən olur) xüsusi dad və ətir formalaşır. Bu maddələr, çox miqdarda qəbul olunarsa, bir çox xəstəliklərə, eləcə də xərçəngə yol açır. Buna görə də, Duxovkada hazırlanma zamanı qidanı yandırmamağa diqqət etməliyik.

, , , , ,