Mətbəxinizdə hər gün tərəvəzlər

Dadlı

Tərəvəzlə bağlı daha çox ilhamlar və ideyalar əldə edin. Yemək hazırlama və tərəvəzlərlə bişirmə üzrə faydalı məsləhətlər və üsullar.

VEGETABLES-KITCHEN-(03)

Xoşladığınızı tapın

Dadlı yeməklər bişirməyi və hazırlamağı xoşlayırsınızsa tərəvəzlər dünyası kəşflər üçün fantastik yerdir.

Hər kəs üçün bir şey vardır. Şansınız olan kimi, yeni, tanımadığınız tərəvəzləri yeyin və tezliklə onları sevəcəksiniz. Təbiətin verdiyi çeşidlər arasında bütün dad və quruluşda növlər tapacaqsınız. Hər zaman kəşf edilməli yeni bir şey vardır və öz favorit tərəvəzinizi tapanda sıxılmayacaqsınız,çünki onları hazırlamağın və onlardan yemək bişirməyin çoxlu üsulları var. Tərəvəzlər yeməkdə dadlı inqrediyent və ya mükəmməl baza ola bilər.

VEGETABLES-KITCHEN-(02)

Tərəvəzlərdən düzgün yararlanın

Tərəvəzlərin çoxlu faydaları var- lazımi vitamin və qidalandırıcı maddələr, eləcə də əla dad. Baxmayaraq ki, bir çox tərəvəzi bişirmək və saxlamaq asandır, onların bəziləri öz dadını qoruyub saxlamaq üçün daha çox qayğı tələb edir.Tərəvəzlərdən istifadə edərkən, hər mərhələdə sizə kömək olan bir neçə bələdçi hazırlamışıq- onları necə hazırlamaq, bişirmək və ədviyyat qatmaq, eləcə də öz dadlarını qoruması üçün necə saxlamaq və dondurmaq.

VEGETABLES-KITCHEN-(04)

Yəqin ki, yeni yeməkləri kəşf etməyin ən fantastik yolu səyahət etməkdir. Lakin hamımıza məlumdur ki, səyahət etmək üçün pul və vaxt sərf etmək lazımdır və hər dəfə yeməyə yeni bir tərəvəz əlavə etmək istədikdə təyyarəyə minib səyahət etmək mümkün deyil. Bəzən yerli marketə və ya bazara getmək kifayət edir. Yeməyə əlavə etmək istədiyiniz tərəvəz adətən necə hazırlamağı bilmədiyiniz üçün almadığınız tərəvəzdir. Və yaxud da o, elə bir tərəvəzdir ki, siz onu xoşlamırsınız, lakin onu fərqli şəkildə bişirmək həmin tərəvəz haqqında təsəvvürünüzü tamamilə dəyişə bilər. Bəzən də yeni bir tərəvəzi kəşf etmək üçün ekzotik yerlərə getmək və mətbəxlərlə tanış olmaq lazım deyil. Ola bilsin həmin tərəvəz yaxınlıqda, nənənizin bağındadır.