Xeyirli və dadlı məzələr üçün reseptlər

Xeyirli

Lanç və nahara qədər aclıq hiss etmədən qalmaq istəyirsinizsə, qidalandırıcı, sağlam və dadlı məzələr yeyin. Bir neçə təkliflərimizlə tanış olun.

məzələr

Tərəvəz məzəsi

Yerkökü çipsləri: Yerkökülərini dilimləyin. Bir qədər sous hazırlayın: sarımsaq dişini əzin, 4 qaşıq yoqurtla və bir qaşıq şüyüdlə qarışdırın. Ədviyyat əlavə edin.

Diş çöpündə məzələr: Sarı bibəri və bəyaz pendiri kubşəkilli doğrayın. Yaşıl zeytun, xırda pomidor, bəyaz pendir və bibər kublarını diş çöpünə keçirin. Məzələri cəfəri və yoqurt sousu ilə süfrəyə verin.

“Kostyum”da xiyar: xiyarı yarı bölün və uzun zolaqlı uzuna doğrayın. Bir dilim vetçina ilə bükün. Yaşıl soğanla “lent” bağlayın.

Meyvə məzələri

Darçınlı alma: turş almanı ikiyə ayırın və darçın səpin. 2-3 dəqiqəliyə mikrodalğalı sobaya qoyun. İsti-isti süfrəyə verin.

 

Sitrus salatı: Bir ədəd mandarin, portağal, kivi və bir ovuc qoz kubşəkili doğrayın. Üzərinə limon şirəsi gəzdirin.

Qreypfrutlu myusli: qreypfrut hissələrini doğrayın; bir çay qaşığı maye bal əlavə edin. İki xörək qaşığı taxıllı myusli ilə qarışdırın.

  

Südlü məzə

Yoqurt kasası: 2 fincan təbii yoqurtu və ya kefiri tavada qızardılmış bir qaşıq buğda kəpəyi ilə qarışdırın, 1 xörək qaşığı doğranmış quru meyvələr (gavalı, ərik) əlavə edin. Bir qədər darçın əlavə edin.

Soyuq göyərti supu: Xiyarı sürtkəcdən keçirin; bir fincan kefir və ya ayran, bir qaşıq doğranmış şüyüd, cəfəri və reyhan əlavə edin. Bir qədər duz və istiot əlavə edin.

Kəsmikdə portağal: yağsız kəsmiyi ovun. Portağalı soyun və kubşəkilli doğrayın. Kəsmiyə əlavə edin və “bir qədər qarışdırın. Üzərinə təzə nanə yarpaqları əlavə edin.

, , , , , , ,