Yarma məhsulların kalorı dəyəri

Dadlı

Yarmalar həzm prosesinə müsbət tə’sir göstərən sellülozanın zəngin mənbəyidir. Arıxlamaq istəyən insanlara sellüloza ilə zəngin olan pəhrizi seçməyi tövsiyyə edirik. Yarmaların tərkibində mürəkkəb karbohidratlar, kraxmal, dəmir, E və B qrupu vitaminlər var.

Find out how many calories are there in cereals. Calories chart will help you to find out amount of proteins, fats and carbohydrates are in cereals.

Yarmalar həzm prosesinə müsbət tə’sir göstərən sellülozanın zəngin mənbəyidir. Arıxlamaq istəyən insanlara sellüloza ilə zəngin olan pəhrizi seçməyi tövsiyyə edirik. Yarmaların tərkibində mürəkkəb karbohidratlar, kraxmal, dəmir, E və B qrupu vitaminlər var.

Dənli məhsulların kalori dəyəri
Məhsul Miqdar Enerji   (kilokalori) Protein (qr) Yağ(qr) Şəkər (qr)
Arpa lopaları 100 qr 355 9,8 3,6 79,4
Kəpək 100 qr 185 16,0 4,6 61,9
Paxla 100 qr 66 7,1 0,4 14,0
Qəhvəyi basmati düyüsü 100 qr 331 6,3 4,4 65,1
Suda bişirilmiş qarabaşaq yarması 100 qr 90 3,2 0,8 17,1
Yumşaq bişirilmiş qarabaşaq yarması 100 qr 101 3,0 3,4 14,6
Qarabaşaq unu 100 qr 367 13,6 1,2 73,7
Tez bişirilən qarabaşaq yarması 100 qr 132 4,5 2,3 25,0
Qarabaşaq sıyığı 100 qr 336 12,6 3,1 69,3
Çörək unu 100 qr 334 10,3 1,1 68,9
Quru noxud 100 qr 309 20,1 4,3 46,4
Bişirilmiş paxla 100 qr 123 7,8 0,5 21,5
Bişirilmiş darı 100 qr 135 4,7 1,1 26,1
Bişirilmiş arpa yarması 100 qr 106 3,1 0,4 23,0
Bişirilmiş noxud 100 qr 60 6,0 0,0 9,0
Bişirilmiş arpa 100 qr 108 3,4 0,4 22,1
Qarğıdalı lopaları 100 qr 363 6,9 2,5 83,6
Qarğıdalı unu 100 qr 330 7,2 1,5 70,2
Kus-kus 100 qr 358 13,0 2,0 72,0
Yağsızlaşdırılmış soya unu 100 qr 291 48,9 1,0 21,7
Quru soya paxlası 100 qr 382 34,3 19,6 32,7
Yumurta ilə yuğurulmuş makaron 100 qr 345 11,3 2,1 68,0
 Narın üyüdülmüş arpa 100 qr 324 10,0 1,3 66,3
Bişirilmiş narın üyüdülmüş arpa 100 qr 334 8,4 2,0 74,9
Yağsızlaşdırılmamış soya unu 100 qr 385 36,5 18,6 17,9
Göy paxla, qurudulmuş 100 gr 24 2,0 0,2 3,6
Yulaf yarması 100 qr 328 10,3 1,0 67,7
Süddə bişirilmiş yulaf yarması 100 qr 98 3,0 3,2 15,3
Suda bişirilmiş yulaf yarması 100 qr 80 2,5 0,2 16,8
Qerkules yulaf lopaları 100 qr 305 11,0 6,2 50,1
Ev makaronu 100 qr 322 12,0 3,7 60,1
Mərcimək zoğları 100 qr 119 9,0 0,6 22,1
Quru mərcimək 100 qr 111 7,8 0,0 20,1
Yumşaq bişirilmiş düyü 100 qr 113 2,4 0,2 24,9
Az yağlı soya unu 100 qr 334 43,0 9,5 19,1
Ə’la sort makaron 100 qr 335 10,7 1,3 68,4
Ətli rizotto 100 qr 229 7,4 11,8 24,2
Orta dənli düyü 100 qr 330 7,0 1,0 71,4
Darı teftelisi 100 qr 170 6,9 5,9 22,2
Suda bişirilmiç darı 100 qr 90 3,0 0,7 17,0
Darı sıyığı 100 qr 346 10,5 2,9 71,6
Qurudulmuş meyvə ilə myusli 100 qr 325 8,4 3,4 72,2
Qoz və kişmiş ilə myusli 100 qr 375 11,5 12,7 62,9
Çovdar unu 100 qr 369 13,0 6,8 64,9
Çovdar sıyığı 100 qr 303 11,0 6,1 49,7
Süddə bişirilmiş çovdar sıyığı 100 qr 102 3,2 4,1 14,2
Suda bişirilmiş çovdar sıyığı 100 qr 88 3,0 1,7 15,0
Südlü çovdar sıyığı 100 qr 105 3,2 4,3 14,2
Suda bişirilmiş çovdar sıyığı 100 ar 84 2,9 1,4 14,8
Darı 100 qr 348 11,5 3,3 66,5
Makaron və yumurta zapekankası 100 qr 152 4,6 8,3 14,8
Ə’la sort makaron 100 qr 337 10,4 1,1 69,7
Yağ ilə makaron 100 qr 135 3,4 5,0 19,0
Qaymaq pendiri ilə arpa yarmasından teftelilər 100 qr 166 7,9 6,4 18,9
Arpa yarması 100 qr 320 9,3 1,1 66,5
Quru noxud 100 qr 298 20,5 2,0 48,6
Noxud dənələri 100 qr 298 20,5 2,0 49,5
Arpa yarması, yumşaq 100 qr 108 3,4 0,4 22,1
Suda bişirilmiş yapışqan arpa sıyığı 100 qr 76 2,3 0,3 15,7
Qırmızı lobya, quru  100 qr 93 8,4 0,3 13,7
Qırmızı mərcimək, quru 100 qr 284 24,0 1,5 42,7
Düyü zapekankası 100 qr 144 4,0 5,6 19,4
Pendir ilə düyü zapekankası 100 qr 189 5,1 7,1 26,1
Düyü deserti 100 qr 133 3,0 2,9 23,5
Düyü uni 100 qr 371 7,4 0,6 82,0
Südlü düyü sıyığı 100 qr 97 2,5 16,0 3,1
Suda bişirilmiş düyü sıyığı 100 qr 78 1,5 0,1 17,4
Düyü pudinqi 100 qr 202 5,6 5,7 32,0
Ət və tərəvəz ilə risotto 100 qr 185 6,6 10,0 18,3
Çovdar lopaları 100 qr 343 6,4 3,2 82,6
Çovdar unu 100 qr 293 10,7 1,9 56,8
Soya paxlaları 100 qr 381 2,0 0,1 1,0
Soya zoğları 100 qr 141 13,1 6,7 9,6
Spaqetti Bolonyez 100 qr 560 0,0 18,0 0,0
Qabıqsız noxud 100 qr 299 23,0 1,6 48,1
Ukrayna qakuşkaları 100 qr 106 3,9 1,0 20,3
Veqetarian buterbrodları 100 qr 141 3,0 5,3 20,2
Suda bişirilmiş arpa buğdası 100 qr 92 3,2 0,3 18,7
Buğda lopaları 100 qr 351 9,0 3,0 81,0
Buğda unu 100 qr 342 9,2 1,2 74,9
Ə’la sort buğda unu 100 g 331 10,6 1,3 67,6
İkinci növ buğda unu 100 g 324 11,7 1,8 63,7
Ağ lobya, quru  100 g 102 7,0 0,5 16,9
Ağ düyü 100 g 344 6,7 0,7 78,9

Yarmaların kalori dəyəri

Köbud üyüdülmüş yarmaların tərkibində çoxlu fosfor, sink, maqnezium, dəmir, manqan, kükürd, xlor kimi minerallar və B qrupu, xüsusilə B1 vitaminləri var. Onlarda yağ və ya kalsium çox azdır. Yarmalar turşu əmələ gətirən xüsusiyyətlərə malikdir. Yarmalar həmçinin müxtəlif qida maddələri ilə zəngin enerji mənbəyidir.

Yarmaların gündəlik qidamızda istifadə olunması

Un, çörək, arpa və makaron kimi məhsullar qida piramidin əsasını təşkil edir və hər qida qəbulunda istifadə olunmalıdır. Yarmaların kifayət miqdarda istifadə olunması piylənməyə gətirib çıxartmır, əksinə: onlar bizi doyduraraq, artıq çəkinin riskini azaldır. Köbud üyüdülmüş yarmaların istifadəsi qəlizləşmədən və babasildən əziyyət çəkən insanlara tövsiyyə olunur. Manna yarması kimi, narın üyüdülmüş yarmaların istifadəsi həzm yolunun ağır iltihabından əziyyət çəkən, və həmçinin xəstəlikdən sağalan və ciddi pəhriz tutan insanlara tövsiyyə olunur. Qurudulmuş paxlalı bitkilərin tərkibində (noxud, paxla, soya, mərcimək) çoxlu miqdarda protein var. Ən dəyərli zülallar soya paxlalarında var, onlar ətin tərkibində olan proteinlərə oxşardır. Paxlalı bitkilərin mənfi xüsusiyyəti onların qarın köpünün və ayağ işləməsinin səbəbi olmasıdır.

Demək olar ki, bütün qida maddələr taxılın qabığında cəmləşir.

Bu səbəbdən qabıqdan təmizlənməmiş və köbüd üyüdülmüş yarmalar  qida maddələrin ən zəngin mənbəyidir. Lakin tərkiblərində olan proteinlər tamdəyərli deyil.  Bu qüsuru biz yumurta, süd və süd məhsullarında olan heyvan proteinləri ilə doldura bilərik. Heyvan proteinləri qidamıza əlavə etməkə, biz orqanizmimizi tam aminoturşular komplekslı proteinlərlə tə’min etmiş olarıq. Yarmadan yeməklər hazırlayanda, onları əlavə qida maddələri ilə zənginləşdirəcək tərəvəz və meyvələrdən istifadə etmək lazımdır.

Yarma məhsulların saxlama şəraiti

Çörəyin saxlama müddəti adətən az olur; bu onun tez köhnəlib kiflənməsi xüsusiyyətindən irəli gəlir. Çörək aşağı temperatur şəraitində təravətini tez itirdiytinə görə, onu soyuducuda saxlamaq olmaz. Çörəyin kiflənməsi isə daha isti, havasız şəraitdə baş verir. Çörəyi saxlamaq üçün ən yaxşı yer taxta və yaxud plastic çörəkqabıdır. Həmçinin kağız paketlərindən istifadə etmək olar. Çörəyi hətta donduraraq bir neçə ay ərzində ətirini və dadını itirmədən saxlamaq olar. Peçenye və ya krekerləri şüşə bankada və ya qabda saxlamaq olar; nəmliyin qarşısını almaq üçün siz ora həmçinin biraz köbud üyüdülmüş duzdan əlavə edə bilərsiniz.

,