Süd məhsullarında nə qədər kalori var

Dadlı

Burada Siz süd, qaymaq, yoqurt, pendir, yağ və başqa süd məhsulların tərkibində nə qədər zülal, yağ və karbohidratlar olduğunu cədcəldən öyrənə bilərsiniz.

Find out how many calories are there in dairy products. Calories chart will help you to find out amount of proteins, fats and carbohydrates are in dairy products.

Asan həzm olunduğu üçün süd və süd məhsulları mükəmməl bir qidadır. Onların tərkibində kalsium, A, B2, B1, E, D, C vitaminləri və başqa dəyərli qida maddələri var.

Süd məhsulların qida dəyəri
Məhsul Miqdar Enerji(kilokalori) Zülal (qr) Yağ(qr) Şəkər (qr)
Asidofil südü, 1% 100 ml 40 3,0 1,0 4,0
Asidofil südü, 3,2% 100 ml 57 2,8 3,2 3,8
Brınza inək pendiri 100 qr 260 17,9 20,1 0,0
Brınza qoyun pendiri 100 qr 298 14,6 25,5 0,0
Yağ 100 qr 659 1,1 73,5 1,1
Yağ ilə buterbrod 100 qr 566 2,5 61,5 0,0
Duzsuz yağ 100 qr 748 0,5 82,5 0,0
Ayran, yağlılığı 0,5% 100 ml 37 3,4 0,5 4,7
Ayran, yağlılığı 1% 100 ml 40 3,3 1,0 4,7
Kamember pendiri 100 qr 324 15,3 28,8 0,1
Pendir zapekankası 100 qr 168 17,6 4,2 14,2
Baltik pendiri 100 qr 209 30,0 9,0 0,0
Ərgin pendir, Rusiya 100 qr 340 22,0 27,0 0,0
Pendir, Rusiya 100 qr 360 23,0 29,0 0,0
Minalı kəsmik 100 qr 407 8,5 27,8 32,0
Duru qaymaq, yağlılığı 20% 100 ml 206 2,8 20,0 3,7
Duru qaymaq, yağlılığı 9% 100 ml 107 2,8 9,0 4,0
Qatılaşdırılmış şəkərli qaymaq 100 ml 382 8,0 19,0 47,0
Sıxılmış kəsmik, orta yağlı 100 qr 133 18,7 4,7 3,7
Sıxılmış kəsmik, yağsız 100 qr 99 19,8 0,5 3,5
Sıxılmış kəsmik, yağlı 100 qr 175 17,7 10,1 3,5
Qaymaq tozu, 42% 100 qr 577 19,0 42,0 30,2
Kəsmik deserti 100 qr 156 13,9 6,2 11,2
Sıxılmış kəsmikdən düzəldilmiş kəsmik 100 qr 183 18,6 3,6 18,2
Yerkökü ilə kəsmik 100 qr 232 12,9 11,5 18,8
Şor 100 qr 352 26,0 26,8 0,0
Şirin qatılaşdırılmış süd 100 ml 326 7,5 8,0 55,3
Şəkərsiz qatılaşdırılmış süd 100 ml 131 6,6 7,5 9,4
Yağlı kefir 100 ml 56 2,8 3,2 4,1
Feta pendiri 100 qr 215 17,0 16,0 1,0
Meyvəli yoqurt 100 ml 63 3,7 1,5 8,9
Meyvəli yoqurt, 3,2% 100 ml 85 5,0 3,2 8,5
Yağlı bri pendiri 100 qr 329 19,8 28,0 0,2
Yağlı Kamember pendiri 100 qr 291 21,4 23,0 0,2
Yağlı Çedder pendiri 100 qr 391 27,1 31,7 0,1
Keçi südü 100 ml 68 3,2 4,1 4,5
Ev makaron və pendirli zapekankası 100 qr 180 7,7 7,4 20,3
Kefir,  0% 100 ml 30 3,0 0,1 3,8
Kefir, 2% 100 ml 51 3,4 2,0 4,7
İnək südündən yağsız Kumıs 100 ml 41 3,0 0,1 6,3
At südündən Kumıs 100 ml 41 3,0 0,1 6,3
Südlü makaron şorbası 100 ml 58 2,2 1,9 7,9
Əridilmiş yağ 100 ml 892 0,2 99,0 0,0
Ərgin pendir 100 g 298 13,5 27,0 1,2
Süd, 0,5% 100 ml 39 3,5 0,5 5,1
Süd, 1,5% 100 ml 47 3,4 1,5 5,0
Süd, 2% 100 ml 51 3,4 2,0 4,9
Süd, 3,2% 100 ml 61 3,3 3,2 4,8
Süd, 3,5% 100 ml 64 3,3 3,5 4,8
Süd, 6% 100 ml 84 3,0 6,0 4,7
Təbii yoqurt, 2% 100 ml 60 4,3 2,0 6,2
Təbii yoqurt, 3,2% 100 ml 66 5,0 3,2 3,5
Yağsız asidofil südü 100 ml 31 3,0 0,1 3,9
Parmezan pendiri 100 qr 452 41,5 32,0 0,1
Duzsuz kərə yağı 100 qr 661 0,8 72,5 0,0
Quru süd, yağsız 100 gqr 360 35,7 0,8 51,2
Quru süd, üzlü süddən hazırlanmış 100 qr 479 27,0 24,0 38,7
Kəsmik pudinqi 100 qr 224 13,9 9,6 20,1
Süd və manna yarması ilə balqabaq şorbası 100 ml 50 2,0 2,2 5,4
Südlü düyü çorbası 100 ml 54 1,8 1,9 7,3
Rokfor pendiri 100 qr 337 20,0 28,0 0,0
Ryajenka, 1% 100 ml 40 3,0 1,0 4,2
Ryajenka, 2,5% 100 ml 54 2,9 2,5 4,2
Ryajenka, 4% 100 ml 67 2,8 4,0 4,2
Ryajenka, 6% 100 ml 84 5,0 6,0 4,1
Qoyun südü 100 ml 107 6,0 7,0 5,1
Hisə verilmiş pendir 100 g 270 23,0 19,0 0,0
Xama, 20% 100 ml 206 2,8 20,0 3,2
Xama, 25% 100 ml 248 2,6 25,0 25,0
Xama, 10% 100 ml 115 3,0 10,0 2,9
Xama, 12% 100 ml 133 2,7 12,0 3,9
Xama, 18% 100 ml 184 2,5 18,0 3,6
Xama, 30% 100 ml 294 2,4 30,0 3,1
Qatıq 100 g 30 3,0 0,1 3,8
Qatıq 1% 100 ml 40 3,0 1,0 4,1
Qatıq 2,5% 100 ml 53 2,9 2,5 4,1
Qatıq 3,2% 100 ml 58 2,8 3,2 4,1
Suluquni 100 qr 285 19,5 22,0 0,0
Şirin asidofil südü, 3,2% 100 ml 77 2,8 3,2 8,6
İsveçrə pendiri 100 qr 396 24,9 31,8 0,0
Kəsmik massası 100 qr 341 7,1 23,0 27,5
Kişmiş ilə kəsmik massası 100 qr 343 6,8 21,6 29,9
Çırpılmış qaymaq, 30% 100 ml 287 2,2 30,0 3,1
Vanilli çırpılmış qaymaq 100 ml 346 2,8 28,0 21,6

Süd məhsulların qida dəyəri

Süd qidamızın əvəzolunmaz və çox dəyərli komponentidir. O, kalsiumun ən zəngin və ən ucuz mənbəyidir. Kalsium sümüklərimizi möhkəmləndiri və dişlərimizi mineralsızlaşmadan qoruyur. O, ürəyin düzgün funksiyasını (düzgün ritm və sistolanın gücünü), qanın normal qatılaşmasını, əzələlərin  və əsəbi sistemin fəaliyətini və bir çox fizioloji prosesləri tə’min edir.  Süd hətta pəhrizin əsasını təşkil edə bilər, məsələn, süd pəhrizində. Pendir və qaymaq pendirlərin tərkibində hüceyrələrin bərpa olunması üçün yüksək keyfiyyətli zülallar var. Onların tərkibində çoxlu miqdarda kalsium, A, D və B qrupu vitaminləri və həmçinin asan həzm olunan yağlar var. Uşaqları qaymaqlı pendir yeməyi öyrətmək lazımdır, çünki onun tərkibində daha az yağ və natrium var. Beləliklə Siz uşaqlarda düzgün qida vərdişlərin formalaşdırmağa kömək edəcəksiniz. Yüksək xolesterin səviyyəsi olan insanlar pendiri az yeməli, və ya az yağlı pendirdən istifadə etməlidir.

Süd məhsulları sağlam qida üçün

Gündəlik olaraq, 2 fincan süd, və yaxud eyni miqdarda kefir və ya yoqurtdan içmək, və həmçinin 1-2 dilim pendir yemək  tövsiyyə olunur. Südü təkçə səhər yeməyində yox, həmçinin gün ərzində su əvəzi istifadə etmək tövsiyyə olunur; süd asan həzm olunur və insanların əksəriyyəti onu yaxşı qəbul edir. Uşaqlarda çox vaxtı südə allerqiya olur, amma əksəriyyət hallarda [təxminən 95%] o, keçib gedir.

Süd məhsullarını saxlama qaydaları

Süd məhsulların saxlama müddəti azdır, onları yalnız bir neçə gün ərzində saxlamaq olar. Yalnız pasterizə olunmuş süd və karton qablarda olan süd məhsulları bir neçə ay ərzində saxlanıla bilər; vacuum paketlərdə olan kefir, yoqurt, pendir və qaymaqlı pendirlər bir aya qədər saxlanıla bilər.

,