Göbələklərin kalori dəyəri

Dadlı

Buradaki cədvəldən Siz göbələklərin tərkibində nə qədər zülal, yağ və karbohidratların olduğunu öyrənə bilərsiniz.

Find out how many calories are there in mushrooms. Calories chart will help you to find out amount of proteins, fats and carbohydrates are in mushrooms.

Göbələklərin tərkibində çoxlu su var. Onlar az kalorili bir məhsul olduğundan bədən çəkisini azaltmaq istəyən insanların qida rasionuna daxil oluna bilər. Göbələklər insan orqanizmini bitdikləri torpaqların minerallarla nə dərəcədə zəngin olduğundan asılı olaraq insan orqanizmini müxtəlif minerallar təmin edir.

Göbələklərin kalori cədvəli
Məhsul Miqdar Enerji (kilokalori) Zülal(qr) Yağ (qr) Şəkər (qr)
Openok 100 qr 17 2,2 1,2 0,5
Yağlı göbələk 100 qr 9 2,4 0,7 0,5
Şampinyonlar 100 qr 15 2,1 0,5 0,5
Sarı göbələk 100 qr 20 1,6 1,1 1,5
Dolmati 100 qr 15 1,7 0,7 1,5
Qurudulmuş ağ göbələk 100 qr 211 27,6 6,8 10,0
Qırmızıbaş göbələk, qurudulmuş 100 qr 32 2,3 0,9 3,7
Qırmızıbaş göbələk, təzə 100 qr 231 23,5 9,2 14,3
Leccinum, təzə 100 qr 31 3,3 0,5 3,4
Ağ göbələk 100 qr 16 1,8 0,5 0,8

Porcini (Boletus edulis) təzə

100 qr 25 3,2 0,7 1,6
Qırmızıbaş boletus, qurudulmuş 100 qr 239 35,4 5,4 12,9

Göbələklərdə vitamin və mineralların tərkibi

Bundan əlavə, göbələklərin tərkibində müəyyən miqdarda karotin formasında olan A vitamini, B1 və B2 vitaminləri var. Başqa vitaminlər rudimentar miqdarda vardır. Mikroelementlərdən göbələkdə kalium, fosfor, kalsium və dəmir var, xüsusən süngər və yaxud qəlsəmə hissəsində.

Göbələklər həmçinin proteinlərin mənbəyidir. Tərkiblərində olan protein heyvan və tərəvəz protein kateqoriyasının arasındadır. Bu proteinlər çox zəngin olduqlarına görə, onların yalnız 60% orqanizmdə həzm olunur. Göbələklərdə olan proteinlərin miqdarı ətdə, yumurtada və yaxud süd məhsullarında olan proteinin miqdarından aşağıdır, lakin yerkökündə olan miqdarda dörd dəfə artıqdır.

Mətbəxdə yeməli göbələklərin istifadəsi

Göbələklərdən hazırlanmış yeməklər tərkibində xitin kimi komponent olduğuna görə ağır sayılır. Göbələk mə’dədə ağırlıq hissi yaratmamaq üçün onlar yüngül yeməklər, məsələn, kartof  və ya kahı ilə, birləşdirilməlidir. Onları ağır yeməklər ilə birgə yemək məsləhət olunmur. Bir çox tədqiqatlar zamanı aşkar olunub ki, göbələklərin alkohol işkilərlə birgə yeyilməsi yağların həzmini asanlaşdıraraq, proteinləri mə’dədə ağırlaşdırır və onları mədə şirəsinə qarşı dayanıqlı edir. Uşaqlar və göbələyə allerqiyaları olan insanlar göbələkləri yeməməlidir.

Çin və Yapon təbabətində göbələklər əsrlər boyu xərcəng, diabet və ürək-damar xəstəliklərlə mübarizədə istifadə olunub. Göbələklərin bir çox növü müqaviməti əhəmiyyətli dərəcədə möhkəmlədir.

Saxlama qaydaları

Göbələklər düzgün saxlanmadıqda və ya hazırlanmadıqda, köhnə, çatlı və ya xəstə göbələklər yığılanda, eyni dərəcədə həm yeməli, həm zəhərli göbələklərdən zəhərlənmək olar. Göbələkləri havalı konteyner və ya səbətə qoymaq lazımdır, paketdə onlar çürüyə bilər. Yalniz termik e’malı keçmiş göbələkləri yemək olar, onlar təkrarən istiləndirməməli və təzə bişirilmiş halda, yanı bişirildiyi gün yeyilməlidir. Göbələkləri hazırlamaqdan əvvəl və sonraki müddətdə onları düzgün saxlamaq lazımdır, çünki onlarda bakteriyalar yayılmağa başlayır. Göbələk yıqmağdan qayıdandan sonra, onları bir bir yoxlamalı və sonra bişirməzdən əvvəl yaxşı yumalı və qurutmalısınız.

,