• cooking

İspan püre-şorbası

Dadlı

Baxın, dadlı ispan xörəklərini necə bişirməli - bu çox asandır! Addım-addım təlimat və dadlı ispan xörəklərinin hazırlanma video-reseptləri.

Videoya baxın və bizimlə birlikdə xörək bişirin!

Əvvəlcə pomidorların qabığını soymalıyıq, bunun üçün bir kəsik edirik və üstünə qaynar su tökürük. İndi qabıq çox asan soyulur. Pomidoru soyuruq və kublara doğrayırıq. İndi Bonduelle konservləşdirilmiş qırmızı lobyanı Bonduelle konservləşdirilmiş, tomat souslu ağ lobya ilə qarışdırırıq, sousu boşaltmırıq. Lobyanı püre alınana qədər blenderdə doğrayırıq. Qazana qoyuruq, üstünə bir az su tökürük və qaynayana qədər qızdırırıq.

Lobya püresi bişərkən pomidorları zeytun yağında qızardırıq və bibəri sobada bişiririk. Qızardılmış pomidorları qazana qoyuruq və daha bir neçə dəqiqə bişiririk.
Sobada bişmiş bibəri saman kimi doğrayırıq və püreyə əlavə edirik. Zövqə görə duz və istiot vururuq.

Xörəyi süfrəyə isti-isti veririk, üzərinə qaymaq və yumurta sarısı gəzdiririk və dadlı və xeyirli ispansayağı püre-şorbadan zövq alırıq.

Bu xörəyin hazırlanması üçün inqrediyentlərin siyahısı:

Soup_Spanish

, , , , , , , ,