• cooking

Meksikasayağı salat

Dadlı

Baxın, dadlı meksikan xörəklərini necə bişirməli - bu çox asandır! Addım-addım təlimat və dadlı meksikan xörəklərinin hazırlanma video-reseptləri.

Videoya baxın və bizimlə birlikdə xörək bişirin!

Qabıqı soyulmuş balqabağı balaca parçalara doğrayırıq, onları hərarətə davamlı Pyrex tavasına düzürük, üzərinə zeytun yağı gəzdiririk və isidilmiş sobaya qoyuruq. Xörəyi hərdən qarışdıraraq 15-20 dəqiqə ərzində bişiririk.

İndi mal ətini götürürük və iki steykə kəsirik, tako ədviyyatını qatırıq, istəyirsinizsə onu ozünüz hazırlaya bilərsiniz: oreqano (adi qaraqınıq), mərzə, reyhan, qırmızı istiot, zirə, keşniş toxumu və duz. Hər iki tərəfin üstünə səpirik və tavada, zeytun yağında qızardırıq. Əti boşqaba qoyuruq ki, soyusun.
Laymı iki yerə kəsirik və ətdən qalmış yağda qızardırıq. Bunun üçün onu kəsilən tərəfləri alta gələcək şəkildə tavaya qoyuruq.

İndi isə Bonduelle qırmızı lobyanı götürürük. Mayeni boşaldırıq və lobyaları salat üçün kasaya tökürük. Yaşıl soğanı, keşnişi və sarımsağı xırda doğrayırıq və lobyalara əlavə edirik. Qarğıdalını və bişmiş balqabağı əlavə edirik. Soyumuş əti dilimləyib salata qoyuruq, qarışdırırıq.
Meksikasayağı salatı süfrəyə laymın yarıları ilə veririk.

Bu xörəyin hazırlanması üçün inqrediyentlərin siyahısı:

Meksikasayağı salat

, , , , , , , ,