• cooking

Tərəvəzli qızardılmış Çin əriştəsi

Dadlı

Baxın, dadlı Çin xörəklərini necə bişirməli - bu çox asandır! Addım-addım təlimat və dadlı Çin xörəklərinin hazırlanma video-reseptləri.

Videoya baxın və bizimlə birlikdə xörək bişirin!


Bibəri nazik zolaqlara doğrayırıq. Bonduelle tər kökünü nazik zolaqlara doğrayırıq. Soğanı yarımhalqalara, sarımsağı isə xırda-xırda doğrayırıq.

Soğanı şəffaf olana qədər qızardırıq, kök və bibəri əlavə edirik və daha bir neçə dəqiqə qızardırıq. Bu arada şərq əriştəsi hazırlayaq, onu iri supermarketlərdən almaq olar və ya onun əvəzinə spagettidən istifadə edin. Tərəvəzləri yaxşıca qarışdırırıq və əriştəni əlavə edirik. Sarımsaq və lobyanı əlavə edirik. Daha 5 dəqiqə qızardırıq, soya sousu da əlavə edirik, duz qatırıq və qara ya da qırmızı istiotu vururuq.

Süfrəyə isti-isti veririk və ənənəvi Çin resepti üzrə hazırlanmış dadlı və xeyirli
tərəvəzli qızardılmış əriştədən zövq alırıq.

Bu xörəyin hazırlanması üçün inqrediyentlərin siyahısı:

Tərəvəzli qızardılmış Çin əriştəsi

, , , , , , , ,