Holland mətbəxi

Dəbli

Holland mətbəxi əsasən müxtəlif növ pendir və şokoladlarla məşhurdur.

Baxmayaraq ki, Holland mətbəxi İtalyan və ya Fransız mətbəxi kimi məşhur deyil, onun populyar və asan hazırlanan xörəkləri var.

Yaşıl siyənəklər

Hollandlılar siyənək, skumbriya, durnabalığı və həmçinin dəniz məhsullardan istifadə edirlər.  Çox vaxtı onlar soğanla çiy yeyilən yaşıl siyənək – maatjes haring, bulkaya qoyulan skumbriya -broodje makreel, və həmçinin hisə verilmiş durnabalığından – gerookte paling istifadə edir.Balıq həmçinindaha mürəkkəb əsas yeməklərinin əsasını təşkil edir.

 All you need to know about Dutch food

Şimal sadəliyi

Holland mətbəxində balıq və tərəvəzlər çox vacib rol oynayır. Şimal mətbəxinin səciyyəvi xüsusiyyətlərindən biri xörəklərin assortimentinin az olmasıdır.
Bu mətbəxin sadəliyi öz başlanğıcını 20-ci əsrin əvvəlində Hollandiyada qızlar üçün evdarlıq məktəbləri (Huishoudschool adlanan) açılandan  götürür.  Bu məktəblərdə hazırlanan xörəklər sadə idi. İndi onlar Holland mətbəxinin əsasını təşkil edir.

Portağal brendisi

Holland mətbəxində qonşu ölkələrin, xüsusilə Almaniya və Skandinaviya mətbəxlərinin tə’siri hiss olunur. Almanlılar kimi, Hollandlılar pivənı, xüsusilə laqeri çox xoşlayır – Heineken, Grolsch və Amstel kimi markalar ölkənin kənarında da məşhurdur.  Kral ailəsində keçirilən bayramlar zamanı süfrəyə qeyri-adi portağal brendisi verilir…

 Traditional Dutch Recipes

Holland şorbaları

Ən’ənəvi xörəklər asan hazırlanır və az inqrediyentlərdən ibarətdir. Hər bir Hollandiyalı “snert” adlanan çox qatı noxud şorbasını, və həmçinin “hutspot” adlanan qazanda bişirilən kartof, tərəvəzlər və əsasən mal ətindən ibarət olan xörəyi  çox sevirlər.

Qənaətli Hollandlılar

Çay, qəhvə və başqa içkilər desertlərlə verilən əsas içkilərdir. Çay və qəhvə Hollandiyada çoxdan bəri istifadə olunmağa başladı. Onlar Hindistandakı Holland koloniyalarından gətirildi və dərhal başqa Avropa ölkələrində öz populyarlığını qazandı. “Qəhvə vaxtı” (koffietijd)  Hollandiyada səhər saat 10-11 arası və axşam saat 7-8 arasına düşür.  Hollandiyada hər bir qəhvə fincanı ilə yanlız bir tikə tort və ya keks götürmək qaydası var, və bunun Holland qənaətçiliyi ilə bağlı olduğu deyilir. Hollandlılar südlü qəhvəni xoşlamır, onlar yalnız qara qəhvəni əsl qəhvə hesab edirlər.  Hollandlılar həmçinin isti şokolad və cirəli südü çox xoşlayır. İçkilər bir çox desertlərlə müşayiət olunur. Onların sırasında “appelgebak” - darçınlı alma piroqu, “speculaas” – kövrək undan hazırlanmış darçınlı peçenye, “stroopwafels” – ortasında qatı siropu olan yumru vaflilər və yaxud “poffertjes” – balaca blinçikləri qeyd etmək lazımdır. Maraqlısı odur ki, Hollandiyanın bir çox şəhərlərində belə desertlər küçədə satılır ki, evdə onları hazırlamağa imkanı olmayan adamlar onlardan ala bilsin.

Tülpan və pendir

Hollandiyanı pendirlərsiz təsəvvür edə bilirsinizmi?  “Gouda” və ya “edam” pendirləri dünyada ən məşhur Holland məhsullarından bir neçəsidir, və yalnız tülpanların populyarlığı pendirlərin populyarlığını üstələyir. Pendirlər yağsız süddən hazırlanır və adətən yumru formada olur. Əsl Holland qauda pendiri 12 ay ərzində yetişməlidir ki, bu müddətdən sonra o yünğul və gözəl ətirli olur. Əlbəttə, qauda pendirin bir çox sortları var. Onların bə’ziləri bir neçə həftə ərzində yetişir, lakin elələri də var ki, onların yetişməsinə kimi 7 ildən çox gözləmək lazım olur!

, , ,