Pain à l’ail – Fransız sarımsaq bageti

  • 30 dəq
  • asan
  • 4

İstifadəçinin qiyməti
1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 səs vermələr,orta rəqəmi: 3.00 dan 5)
Loading...Loading...

Fransız mətbəxinin simvolu olan sarımsaq bagetinin resepti

Baget, uzunsov yumru çörək, Fransanın simvollarından biridir, xüsusilə Parisin. Eyfel qülləsi, şərab, beret və ya pendirin simvola çevrilməsi kimi. Fransadan kənarda da çoxlu növ baget var, onlar dünyanın çox ölkəsində məşhurlaşıblar.

İnqrediyentlər

2 baget 4 4 diş iri sarımsaq 2 xörək qaşığı doğranmış cəfəri 2 xörək qaşığı doğranmış reyhan 1 fincan sürtkəcdən keçirilmiş Çedar, Parmesan və ya başqa bərk pendir 1 çayqaşığı duz 7 xörək qaşığı kərə yağı 6 xörək qaşığı zeytun yağı

Hazırlanma

  • Yağı əridin və sonra zeytun yağı, doğranmış sarımsaq və duz əlavə edin. Hamar tərkibdə olanadək hamısını qarışdırın
  • Doğranmış cəfəri əlavə edin və yavaşca qarışdırın.
  • İndi isə, bageti iki hissəyə ayıra bilərsiz və 2-3 sm uzunluqda sendviçlər hazırlamaq üçün hər yarını az qala axırına kimi kəsin. Kəsdiyiniz hissələrə sarımsaq kürüsü əlavə edin və həmçinin, bagetlərin ən üstünə bir qədər kərə yağı sürtün.
  • İndi isə, hər bir bageti aluminium folqaya bükün, 180° C-lik peçdə 10-12 dəqiqə bişirin
  • Bagetləri peçdən çıxardıqdan sonra, onları folqadan açın, üzərinə pendir səpin və peçdə əlavə 5 dəqiqə qızardın
Süfrəyə verilməsi: Qəhvəyi rəngi almış və xırçıldayan bagetlər peçdən çıxarılmalı, kiçik hissələrə bölünməlidir. Süfrəyə isti verilməlidirlər. Onları xırçıldatmaqdan həzz alın.

, , , , ,