Ratatuy – Nitsanın tərəvəz xörəyi

  • 60 dəq
  • asan
  • 4

İstifadəçinin qiyməti
1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 səs vermələr,orta rəqəmi: 5.00 dan 5)
Loading...Loading...

Dünya şöhrətli tərəvəz yeməyi olan ratatuyun resepti

Ratatuy Nitsadandır. Bu xörək əsasən tərəvəzlərdən ibarətdir: badımcan, bibər, pomidor, yunan balqabağı və sukkinidən. Bu həm əsas yemək kimi həm də starter kimi süfrəyə verilə bilər.

İnqrediyentlər

1 kilo yetişmiş pomidor 2 müxtəlif rəngli bibər 1 böyük badımcan 1 yemək qaşığı duz ¾ stəkan zeytun yağı 1 yunan balqabağı 1 sukkini 2 böyük soğan 3 böyük sarımsaq dişi 100 ml quru qırmızı şərab 3-4 təzə kəklikotu budağı 5 yemək qaşığı təzə doğranmış cəfəri 5 yemək qaşığı təzə doğranmış reyhan təzə döyülmüş istiot limon şirəsi

Hazırlanma

  • Badımcanı yuyun və kublara doğrayın.
  • Üstunə duz səpin və ələkdə 25 dəqiqə saxlayın ki, qurusun.
  • Pomidorları təmizləyin, dörd hissəyə yarın və toxumları çıxardın.
  • Soğanı, sukkinini, bibərləri və balqabağları kublara doğruyun.
  • Yağı boyük tavada isidin, sukkinini və balqabağı əlavə edin, və darçını rəng alana qədər 4-6 dəqiqə onları qızardın. Onları qurudun və ayrı qaba qoyun. Zeytun yağının 2 süfrə qaşığını qızmış tavaya tökün və bıbərləri 5 dəqiqə ərzində qızardın. Sonra onları başqa tərəvəzlərlə bir qaba qoyun.
  • Badımcanı yuyun və qurudun, 3-4 süfrə qaşığı isti yağda qızardın. Diqqət yetirin ki, onlar yanmasın .6-8 dəqiqədən sonra, yəni badımcan açıq darçını rəng alandan və yumşalandan sonra onları qalan tərəvəzlərlə bir qaba qoyun.
  • Tavaya yağın 3 yemək qaşığını tökün, sonra isə soğanı və doğranmış sarımsağı tavaya qoyun, şərabı süzün və buxarlana qədər gözləyin. Sonra pomidorları, kəklikotunu və 2 yemək qaşığı cəfərini əlavə edin. 8-12 qəqiqə aşağı temperaturda bişirin.
  • Bundan sonra bütün tərəvəzləri əlavə edin və hamısını aşağı temperaturda 12 dəqiqə ərzində bişirin. Tərəvəzlər yumşalandan sonra, onları oddan götürün, cəfəri və 4 yemək qaşığı reyhan ilə ehtiyatla qarışdırın.
  • Duz, istiot, təzə sıxılmış limon şirəsi və qalan reyhanı əlavə edin.
Süfrəyə verilmə:Xörəyi süfrəyə isti və ya soyuq verin. O, xırtıldayan bagetlər və ya təzə hazırlanmış makaron ilə yaxşı uyğunlaşır.

, , , , , ,