Kartoffelsalat – alman kartof salatı

  • 30 dəq
  • asan
  • 4

İstifadəçinin qiyməti
1 Star2 Stars3 Stars4 Stars5 Stars (hələ qiymətləndirilməyib)
Loading...Loading...

Bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar.

Salatların bütün müxtəlif növləri müxtəlif şəkildə süfrəyə verilir. Almaniyanın cənubunda kartof salatları adətən süfrəyə isti və ya hətta qaynar verilir, başqa regionlarda isə otaq hərarətində. Şimalda salatları soyuq yeməyi üstün tuturlar. Salatları müşayiət edən müxtəlif növ souslar var, o cümlədən mayonez, qaymaq, xardal, sirkə və ya vineqret sousu.

İnqrediyentlər

1 kq kiçik, quruluşu bərk olan kartof 1 çay qaşığı zirə 2 orta soğan 200 ml bulyon (kubikdən hazırlana bilər) 100 ml sirkə (alma sirkəsi də ola bilər) 100 ml günəbaxan yağı və ya üzüm toxumu yağı 2 dəstə yaşıl soğan 5-6 nazik dilim tərkibində az yağ olan, hisə verilmiş bekon duz, istiot

Hazırlanma

  • Kartofu qabıqlı-qabıqlı zirə ilə birlikdə 25-30 dəqiqə suda bişirin.
  • Soğanı kublara doğrayın.
  • Kartofun qabığını soyun, dilim-dilim doğrayın, üstünə soğan səpin.
  • Bulyonu sirkənın yarısı ilə birlikdə qaynadın, sonra isə onu qaynar-qaynar kartofların üzərinə tökün.
  • Hər şeyə duz-istiot qatın, sonra ehtiyatla qarışdırın və 30 dəqiqə gözlədin.
  • Kartofun üzərində olan bulyonun bir hissəsini boşalda bilərsiniz.
  • Bekonu qızardın, xırda-xırda doğrayın və salata əlavə edin.
  • Qalan sirkəni yağla çalın, doğranmış yaşıl soğanın yarısını əlavə edin və bütün bunları salatın üzərinə tökün.
Süfrəyə verilmə:Süfrəyə verməzdən öncə salatın üzərinə yaşıl soğanın qalan hissəsini tökün.

, , , , , ,