Hind mətbəxi

Gözəl

Hind xörəkləri həqiqətən hissiyatımız üçün cənnət deməkdir.

Gözəl düzülən xörəklər göz oxşayır, ekzotik ətirlər iştahanı açır və dadların müxtəlifliyi insanı heyran edir. Hər yemək qəlyanaltı, (əsasın salatlardan), əsas yemək, pastalar, turşular və həmçinin olduqca ləzzətli olan düyü və tərəvəzlər ilə yeyilən ćapati çörəkdən ibarətdir. Hindlilər hesab edir ki, qida Allah tərəfindən verilən bir hədiyyədir, və bu səbəbdən xörəyin hazırlanması və yeyilməsinə ciddi və ehtiramlı yanaşırlar.

Məcburi veqetarianlılar…

Əvvəlcə, müstəmləkəçilik dövründən əvvəl, İndiyada ət yalnız cıngavər kastası tərəfindən yeyilirdi.  İndiki zamanda, Hindlilərin əksəriyyəri məcburi veqetarianlardır…. Bu səbəbdən tərəvəzlər Hind mətbəxində xüsusi yer tutur.

Mərcimək, paxlalar, sukkini, badımcan və həmçinin pomidor, gül kələmi və ya ispanaqdan çoxlu maraqlı xörəklər hazırlanır.

Hindistanda yoqurt və müqəddəs inəklər

Mal ətini yeməyin qadağan olunması müqəddəs sayılan inəklərin kultundan irəli gəlir. Mal ətin yeyilməsi  təhqir, kafirlik kimi gəbul edilir. Diqər tərəfdən, yoqurt kimi süd məhsulları olduqca populyardır. Bir çox Hind evlərində süfrədə yemək zamanı yoqurtsuz yemək natamam sayılır, süfrədə heç olmazsa az miqdarda  yoqurt olmalıdır. Bu çox sadə izah olunur. Yoqur daxil olmaqla, süd məhsullarının tərkibində olan kazein həddindən artıq ədviyyatlı yeməyin qəbulu nəticəsində yaranan susuzluğu aradan götürür.

Hind etiket qaydaları

Ən’ənəvi Hind xörəkləri tərəvəzlər və ya ətlə hazırlanmış düyünü çapati çörəyi götürməklə əl ilə yeyilir. Təbii ki, çəngəl və ya qaşıqdan da istifadə etmək olar. Qeyd etmək lazımdır ki, Hindlilər yemək ilə alcohol içkilərdən içmir, yemək zamanı yalnız buzlu su və ya yoqurtdan istifadə edirlər.

Ədviyyatlar krallığı

Ən’ənələr və tarixi faktorlar nəticəsində, Hİnd aşpazları əsl ədviyat mütəxəssislərinə çevrilib. Hindistan camaatın əksəriyyətini veqetarianlılar təşkil etdiyi üçün, ədviyyatların məharətli istifadəsi  əsl sənət formasını alıb.  Hind mətbəxində istifadə olunan bir çox ədviyyat və otlar sırasında aşağıdakıları qeyd etmək lazımdır: zirə, koriandr, sarı kök, hil, qırmızı və yaşıl çili, darçın, mixək, zəfəran, cövüz, zəncəfil, cirə tumları, küncüt, soğan və sarımsaq.

Keri

Çox böyük populyarlığına baxmayaraq, curry (keri) sadə xalqa aid olan yemək hesab olunur. Bu səbəbdən, bəzi Hindlilər keri sözünü xoşlamır, çünki o, sanki süfrəyə verilən xörəyi alçaldır. Lakin, bir çox qurmanlar üçün, bu ədviyyat aşpazlıq sənədin möcüzəsidir. Kerinin müxtəlif növlərin mövcud olduğuna baxmayaraq, kerinin hazırlanması üçün mütləq olan bir neçə əlavələr var (sarımsaq, zəncəfil, soğan, çili bibərləri və yoqurt).

Faydalı mətbəx

Mütəxəssislərin rəyinə görə, Hind mətbəxi nəinki dadlı, hətta çox faydalıdlr.  Az miqdarda ətin vok tavasında qısa müddət ərzində qızardılan çoxlu tərəvəzlər və ya meyvələrlə istifadə olunması insan orqanizmi üçün çox xeyirlidir. Mütəxəssislərin fikrinə görə, belə hazırlama üsulu orqanizmdə kanseroqen maddələrin yığılmasına mane olur, və həmçinin köklük və çəkər xəstəliyin qarşısını alır
.

, , , , , ,