Lazanya – makarondan hazırlanmış zapekanka

  • 120 dəq
  • çətin
  • 4

İstifadəçinin qiyməti
1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 səs vermələr,orta rəqəmi: 5.00 dan 5)
Loading...Loading...

İtaliyada ən məhşur yeməklərdən biri olan lazanyanın resepti

Makaron, tərəvəzlər və döyülmüş ətdən hazırlanmış italyan zapekankası.

İnqrediyentlər

3 banka pomidor
1 banka tomat pastası
1 yunan balqabağı
1 badımcan
2 orta soğan
3 sarımsaq dişi
2 bibər
500 q döyülmüş ət
500 q kəskin ətirli pendir
250 q pendir

Makaron
Pendir sousu:

2 süfrə qaşığı kərə yağı
4 süfrə qaşığı un
2 fincan süd
 
Ədviyyatlar:
doğranmış cövüz, reyhan, qaraqınıq, istiot, duz, bir çimdik paprika

Əlavə olaraq:
tavaya yaxmaq üçün kərə yağı.

Hazırlanma

  • Makaronları bir az duzlanmış suda təxminən 5 dəqiqə ərzində bişirin. Onları çıxardın və ayrıca düzün ki, bir birinə yapışmasın.
  • Doğranmış pomidorları bir qazanda qarışdırın; reyhanı və qaraqınığı, sonra isə doğranmış badımcanı, yunan balqabağını, bibəri əlavə edin. Zəif odda yağda qızardın. Həmin vaxtda soğanı doğrayın, duzu və istiotu qatın və hamısını qızardın.
  • Qızartmağın sonunda doğranmış sarımsağı əlavə edin və bir az da qızardın. Sonra bu qarışığı sousa əlavə edin.
  • Ətlə soğanı 8-12 dəqiqə ərzində zəif odda qızardın. Ət hazır olandan sonra pomidoru əlavə edin və bir az da qızardın.
  • Sousu əlavə edin. Zövqə uyğun duz-istiot qatın. Oddan götürün.
  • Pendir sousunu hazlrlayın: Kərə yağını tavanda əridin, unu əlavə edin. Un ağ olana kimi hamısını bir az qızardın, sonra daima qarışdıraraq qatı krem konsistensiyasına gələnə qədər südü yavaş-yavaş əlavə edin. Sonra isə pendiri əlavə edin və pendir əriyənə qədər bişirin. İstiotu və cövüzü qatın
  • Tavanın dibinə kərə yağı yaxın. Sonra isə sıra ilə makaronu, pendir sousunu və əti qat-qat düzün, üstündən isə doğranmış pendiri qoyun, ərzaqlar qurtarana kimi qatları düzməyə davam edin.
  • Üstünə pendir və reyhanı səpin.
  • 109 C° temperaturda 30 dəqiqə sobada bişirin.

, , , , , , ,