Siciliya spagettisi – tunes balıqlı İtalyan makaronu

  • 30 dəq
  • asan
  • 4

İstifadəçinin qiyməti
1 Star2 Stars3 Stars4 Stars5 Stars (hələ qiymətləndirilməyib)
Loading...Loading...

Siciliya spagettisi üçün resept - italyan mətbəxindən spesifik yemək.

Hər bir italyan üçün əsas yemək, həm şimaldan olan fermerlər, həm də mafiozlar onu sevir. Sevən insanlar üçün tövsiyyə olunur. Bu yeməyin çoxlu çeşidləri var.

İnqrediyentlər

500 qr spagetti 4 ədəd pomidor 100 qr yağda tunes balığı yarım cəfəri yaxşıca doğranmış limon qabığı - yarım limondan 4 xörək qaşığı zeytun yağı istiot, duz

Hazırlanma

  • İtalyan dilində “dişə görə” mənasını verən, “al dente” olana qədər spagettini bişirin. İdeal olaraq bişirildiyi zaman, o möhkəm, azca bərk olmalıdır (lakin həddən artıq yox). O, çoxlu miqdarda duzlu suda qaynadılmalı və süzülməlidir.
  • Pomidorları soyun, toxumlarını çıxarın və doğrayın. Sarımsaq əzin. Cəfərini yuyun və doğrayın.
  • Tunesi yağdan süzün və kiçik parçalara ayırın.
  • Tavanı qızdırın və sarımsağı qızardın, tunes, pomidor və istiot əlavə edin. Təxminən 10 dəqiqə qızardın.
  • Makaron əlavə edin, 4 dəqiqəyə qədər aşağı istilikdə qızardın və hər şeyi yaxşıca qarışıdırın.
Süfrəyə verilmə:Üstünə cəfəri səpin və limon qabığı əlavə edin.

, , , , , ,