Tərəvəzlər ilə krevet

  • 60 dəq
  • çətin
  • 3

İstifadəçinin qiyməti
1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 səs vermələr,orta rəqəmi: 5.00 dan 5)
Loading...Loading...

Yaponsayağı tərəvəzlər ilə krevet resepti.

Film qəhrəmanı Forest Qamp krevet sayəsində var-dövlət qazandı. Krevetin dəniz məhsulları menyusunda şərəfli yeri var. Dənizdən nə qədər uzaq olsa, o qədər zərif sayılır və bahalı olur.

İnqrediyentlər

500 q yaşıl lobya
18 dənə orta ölçülü krevet
duz

 

Lobya sousu:
1 fincan balıq bulyonu
3 xörək qaşığı sake
1 xörək qaşığı mirin (yapon düyü şərabı)
¼ xörək qaşığı soya sousu
¼ çay qaşığı duz

 

Krevet sousu:
4 yaxşı çalınmış yumurta sarısı
6 xörək qaşığı balıq bulyonu
1 xörək qaşığı mirin
¼ fincan sake
½ xörək qaşığı duz

 

Tərəvəzlər:

1 böyük kök
1 orta brokkoli
1 bambuk cücərtisi
1 fincan dasi (yapon bulyonu)
½ fincan sake
3 xörək qaşığı mirin
3 xörək qaşığı soya sousu

Hazırlanma

  • Bambuk cücərtisini zolaqlara, brokkoli çiçəklərini kiçik hissələrə, kökü isə "gül” formasında doğrayın. Brokkoli və kökü bir az suda bişirin və sonra soyuması üçün gözlədin.
  • Balıq bulyonunu, soya sousunu və mirini qarışdırıb duz qatın, qazanda bişirin. Sonra bambuk və kökü qatıb, yavaş odda, ağır qapaq altında 6 dəqiqə bişirin - bambuk açıq qəhvəyi rəng alana qədər. Süfrəyə verməzdən əvvəl tərəvəzlərin üzərinə bulyon gəzdirin və brokkoli çiçəkləri ilə onları bəzəyin.
  • Quyruqlarını saxlayaraq krevetləri soyun, bir az duz qatın, sonra hərəsini kartof nişastasına batırın, artıq nişastanı silkin. İki stəkan suyu qaynadın, krevetləri bu suda 10 saniyədən çox olmayaraq bişirin. Suyu boşaldın, soyuq suda yaxalayın və kənara qoyun.
  • İki stəkan suyu qaynadın, lobyanı təmizləyib 1,5 santimetrlik diaqonal zolaqlara doğrayın. Duz qatın, təxminən 8 dəqiqə lobyanı suda bişirin, sonra suyu boşaldın, soyuq su ilə yaxalayın. Bir qazanda lobya sousu üçün inqrediyentləri qarışdırın və onları qaynadıb lobyanı əlavə edin.
  • Krevet sousu üçün inqrediyentləri başqa qabda qarışdırın, qayanadın və krevetləri əlavə edin, odu azaldıb yavaşca yumurta sarısı əlavə edin. Sonra ağzı bağlı, təxminən iki dəqiqə ərzində bişirin.

 

Süfrəyə verilməKrevetləri böyük bir boşqaba qoyun, lobya ilə bəzəyin. Tərəvəzləri ayrıca süfrəyə verin.


, , , , , , , ,