Meksika mətbəxi

Dadlı

İspan konkistadorları öz izlərini mətbəx daxil olmaqla bir çox sahələrdə qoymuş... ... İki mədəniyyətin görüşü təkrarolunmaz və ətirli Meksika mətbəxinin yaradılması ilə nəticələndi...

İspanlıların gəlişindən əvvəl, Meksikanın sakinləri piy və ya yağın nə olduğunu bilmirdilər. Yemək adətən suda qaynadılırdı və ya buxara verilirdi, cox vaxtı o, yerdə qazılan quyularda bişirilirdi. İspan müstəmləkəçiləri çox qısa bir zamanda “amerikanlaşdılar”, və yerlilərin yaşayiş və qida vərdişlərini qəbul etdilər. Yeməyi yağda və ya qrildə qızardılması kimi təzə bişirmə üsulları çoxlu qeyri adi reseptlərin yaradılmasına təkan verdi.

Qarğıdalı və qandan yaranan adamlar

İspaniyalıların Meksikaya gəlişindən əvvəl meksikanlıların əsas yeməklərini qarğıdalı təşkil edirdi. Maya mifoloqiyasına əsasən, insanlar tanrıların qanı ilə qarışdırılan qarğadalı unundan əmələ gəlmişdir. Bu səbəbdən qarğıdalı az qala ilahi status əldə etmişdir.

Qarğıdalı unu çörək və kekslərin əsas inqrediyentinə çevrildi.

 Wonderful Mexican beans recipes

Tortilya və ya naços?

Qarğıdalı masası tortilya adlanan meksikan çörəyi bişirmək üçün istifadə olunur. Xəmiri etmək üçün, quru tumlar kalsiumlu isti suya qoyulur, yumuşalana qədər bişirilir və bütün gecə qalır. Ertəsi gün tumlar yaxalanıb qurudulur və üyüdülür.  Üyüdülmüş kütlədən nazik kökələr düzəldilərək kömal adlandırılan qızdırılmış gil tava daşına qoyulur. Tortilyanın başqa növü totoposdur. Totopos duz və çili ilə qarışdırılmış üyüdülmüş qarğıdalı unundan hazırlanmış və balaca parçalara kəsilmiş nazik kökələrdir.  

Paxlalı naços

Meksikada təxminən 20 müxtəlif paxla növləri bitir. Paxlalılar və qarğıdalı insan orqanizmi proteinin istehsalı üçün tələb olunan aminoturşularla tə’min edir və tarazlaşdırılmış pəhriz üçün

əvəzedilməzdir. Paxlalılar ətirli qöyərti ilə süfrəyə verilə bilər və yaxud bişiriləndən sonra əzilmiş halda tortilyanın içini doldurmaq üçün istifadə oluna bilər.

Odlu temperamentin sirri…

Meksikada çili həmişə ədviyyatların kralı olub və olacaq. Meksikalılar çilini o qədər sevir ki, hətta ən nəfis xörək belə çilisiz natamam hesab olunur. Meksikalılar tez-tez çili sousları düzəldir: balqabaq və ya günəbaxan tumları, araxis və ya kakao ilə qatılaşdırılan qırmızı və ya göy pomidorla çəkilmiş bibər sousu. Belə souslara hər cür qöyərti də qatılır.  Meksikada 90 dan çox müxtəlif dad, rəng və formalı çili növləri var.

Meksika: süd ilə ehtiyatlı ol!

Şübhəsiz ki, ən populyar Meksikan içkisi tekiladır. Lakin, bu içki heç bir reseptdə süd ilə qarışdırılmır. Süddə aşkar olunan kimyavi maddələr tekilanın tə’sirini gücləndirərək, ağır alkohol intoksikasiyaya gətirib çıxara bilər, hər iki içkinin dozaları minimal olsa belə.

, , , ,