Polşa mətbəxi

Dadlı

Polşa mətbəxi öz olduqca ləzzətli hisə verilmiş ətlər və kolbasalar, həmçinin şirniyyatlar və desertlərlə, xüsusilə piroqlarla məşhurdur. Yolunuz Polşaya düşsə, mütləq biqos, kələmli və göbələkli piroqlar, zurek (turş çovdar şorbası) və mal əti ruletlərdən dadın...

Ziyafətlər hər zaman zəngin və rəngarənq Polşa mətbəxinin ayrılmaz hissəsi olub. Əsrlər boyu baş verən tarixi dəyəşiklər Polşa mətbəxinə böyük tə’sir göstərib. Qəsb olmaq, müstəqillik və bütövlükdən məhrum olmaq kimi sınaqlardan keçmiş bir ölkə öz mədəniyyət və ən’ənələrini yüksək dəyərləndirərək həyatın bütün sahələrində qoruyub saxlamağa çalışıb. Tarixi səbəblərdən ölkənin müxtəlif reqionlarının mətbəxində qonşu ölkələr və immiqrantların tə’siri xörəklərin müxtəlifliyi və zənginliyində əks olunub.

 

Təbiətin hədiyyəsi

Səciyyəvi Polşa xörəkləri məhsulların mövcud olmasına bağlıdır. Polşada kənd təsərrüfatı yaxşı inkişaf etdiyinə görə, Polşa mətbəxində yarmalar xüsusi yer tutur – çörək, klyoteklər və ya blinlər Polyaklar tərəfindən çox sevilir.

 
 Bigos, a dish made with cooked fresh cabbage with meats and mushrooms is popular in Polish cuisine.

Tərəvəzli və ya ətli xörəklər ilə yanaşı, ləzzətli tərəvəz şorbaları Polşa mətbəxində xüsusi yer tutur.  Meşələrdən Polyaklar maral əti, coxlu miqdarda dəyərli göbələk, meyvə və otları əldə edir. Şirin suda yaşayan balıqlar və həmçinin dəniz balıqları Polşa mətbəxində geniş istifadə olunur. Bu günədək, bir çox Polşa xörəklərin reseptləri illər boyu dəyişiksiz istifadə olunur.

Feasting

Ziyafətlər

Dostlarla söhbət etmək və ya birğə mahnı oxumaqla müşahidə olan ziyafətlər Polşa mədəniyyətin ayrılmaz hissəsidir. Onlar mədəni, dini, ən çox isə vətənpərvərlik rolunu oynayır. Yagin, bu səbəbdən Polyaklar dostlarına baş çəkəndə və ya istirahət günlərini öz ailələri ilə keçirəndə, ziyafət etməyi o qədər sevirlər.

 Breads, dumpling and pancakes are main dishes in Polish cuisine
 
 

İllər boyu sevilən xörəklər

Ən çox sevilən Polşa xörəklərdən biri biqosdur. Biqos müxtəlif ət növləri, göbələk, bişirilmiş təzə kələm və turş kələmdən hazırlanmış xörəkdir. Golabki tomat və ya qaymaq sousu ilə verilən içi ət və düyü ilə doldurulmuş kələm yarpaqlarıdır.  Bekon və ya turşular ilə doldurulmuş mal əti ruleti həmçinin populyardır.

Şorbalar arasında çox vaxtı ətli klyoteklər ilə verilən cüğundurlu borşu qeyd etmək lazımdır. Zurek şorbası çovdar un mayasında hazırlanır və süfrəyə ağ kolbasa, bərk bişirilmiş yumurta, qıtığotu ilə verilir. Meşə göbələklərdən hazırlanmış göbələk şorbası həmçinin çox ləzzətlidir.Ə’la kolbasalar və hisə verilmiş ətlər Polşa mətbəxi üçün səciyyəvidir. Qəlyanaltı üçün yağ, sirkə və ya qaymaqda olan siyənək balığı seçmək olar.  Pierogi (piroqlar) həmçinin ə’ladır – ən’ənəvi piroqlar ət, pendir və ya meyvə ilə hazırlanır, lakin hal hazırda onlar hər bir zövgə uyğun müxtəlif üsullarla hazırlanır. Meyvə konservləri – jemlər, mürəbbələr, kompotlar  həmçinin çox populyardır. Desertlərin arasında ən məşhurları meyvəli maya piroqlarıdır. Xaş-xaş piroqu, zəncəfil keksi və çizkeyk həmçinin ən’ənəvi Polşa desertləridir. İçi qızılgül jemli ponçiklərdən də mütləq dadmaq lazımdır.

Turş, lakin faydalı turş kələm

Polşa mətbəxində turş kələm əvəzolunmazdır, çünki o, bir çox xörəklərin əsasını təşkil edir, və həmçinin ayrıca salat kimi süfrəyə verilir. Turş kələm doğranılaraq duzlu suda qıcqırdılır. O, C, PP, və bir çox B qrup vitaminlərin zəngin mənbəyidir. Duzlu xiyarla yanaşı, o da Polşa süfrələrin əksəriyyətində mövcuddur.

Old breweries and excellent fruit liquors

Qədimi pivə zavodları  və əla meyvə likörları

Vodka adətən ən’ənəvi Polşa içkisi hesab olunur. Lakin Polşada qədimi pivə bişirmə ən’ənəsi var, və bu səbəbdən Polşa pivəsi təkcə Polşada deyil, bütün dünyada da yüksək dəyərləndirilir.  Yagin ki, heç kəs meşə və ya adi meyvələrdən meyvə likörların hazırlama sənətini Polyaklar qədər yaxşı oyrənməyib. Likörların hazırlama reseptləri gizli saxlanılaraq nəsldən nəslə verilir.

, , ,