Portuqaliya mətbəxi

Xeyirli

Portuqaliya mətbəxi Avropa və Ərəb mətbəxlərinin qarışığıdır. Bu əsasən dəniz məhsulların, ətin və tərəvəz xörəklərin istifadəsində əks olunur.

Portuqaliya mətbəxi – kontinentin ən qərb mətbəxi

Portuqaliya böyük kəşflər və dahi dənizçilərin ölkəsidir. Onun müasir mətbəxi bir tərəfdən, işğalçıların (Romalılar və ərəblər), diqər tərəfdən isə, Yeni Dünyaya təşkil edilən ekspedisiyalardan gətirilən ekzotik ədviyyatların tə’siri altında formalaşıb. Portuqal xörəklərin sadəliyi və ekzotik ədviyyatların istifadəsi qeyri-adi duet yaradır. Romalılar Portuqaliya sarımsaq, ərəblər düyü, badam, sitrus meyvələri, xurma və şaftalı qətiriblər.

Yaşıl şorba, yaşıl çaxır

Şimalda caldo verde xörəyi məşhurdur. Bu yaşıl şorba ən’ənəvi Portuqal xörəyidir. Onun içində couve gallega adlandırılan kələm yarpaqları istifadə olunur.  Onun yanına isti yay axşamları üçün ideal olan vino verde – yaşıl çaxır verilir. Əgər biz bunlara qarğıdalı unundan hazırlanmış broad de milho adlandırılan çörəyi və bütün dünyada məşhur olan çorizo sosiskaları əlavə etsək, istənilən qurmanın arzusunu yerinə yetirmiş olarıq.

.

Dünyanın ən gözəl çaxırı

Portuqaliyadan danışanda, həmçinin Douro Vadisini və məşhur Portonu qeyd etmək lazımdır. Bəzilər onu dünyanın ən gözəl çaxırı hesab edirlər.

 
 Cockerel of Portugal is sybol of Portugal & its history reaches to kitchen.

Donuz əti və dəniz məhsulları

Mərkəzi Portuqaliyanın mətbəxində ətlərdən olduqca cox istifadə olunur. Leitão Assado, yani bişirilmiş donuz potası, xüsusilə məşhur xörəkdir. Portuqaliyanın bu hissəsi aqrar olduğuna görə, burada ətin istifadəsi əvəzolunmazdır, çünki fermerlərə işləmək üçün çoxlu enerji tələb olunur. Tərkibində çörək və dəniz məhsulları olan Açorda de Marisco şorbanı da qeyd etmək lazımdır – bu şorbanın dəqiq inqrediyentləri aşbazın əli altında olan ərzaqdan asılıdır.

Tıxac palıdın bitdiyi yer

Ölkənin cənub hissəsində iki əyalət var: Alentexo və Alqarve. Bura Portuqaliyanın olduqca mənzərəli hissəsidir: ucsuz-bucaqsız düzənliklərdə bitən gözəl tıxac palıdı, zeytun və sitrus ağaclıqlarını göz oxşayır. Burada palıd qozasında yekəldilən xüsusi donuz növü var. Alentexoya kulinar səyahəti etsəniz, mütləq məşhur Portuqal xörəyi olan Carne de Porco à Alentejananı dadın – midilərlə süfrəyə verilən koriandr və soğanla çaxırda qızardılmış donuz əti mükəmməldir!  

Subtropik adalarda

Portuqaliyanın Madera və Azor adalarını da xüsusi qeyd etmək lazımdır. Burada mətbəxin əsasını ət təşkil edir, xüsusilə kontinentdə populyar olmayan mal əti. Məşhur yerli xörək Cozido à Furnas adlanır – yerdə qazılmış sobalarda bişirilmiş müxtəlif ət və tərəvəzlər, və morceladır.

Ən məşhur yerli xörək

Portuqaliya mətbəxinin ən məşhur yeməyi Bacalhau sayılır.O, bir çox üsüllarla hazırlanan qurudulmuş və duza qoyulmuş treska balığıdır.  Deyirlər ki, Portuqaliyalılar treska balığın ilin günlərinə bərabər, yani 365 hazırlama reseptini bilirlər! Əsasən onlar brokkoli, qarğıdalı, soğan, bibər, gül kələmi və ya noxud ilə hazırlanır.

 Portuguese cuisines contains world's best red wine.
 
 

Portuqaliyanın məşhur xoruzu

Barseloş xoruzu Portuqaliyanın rəmzidir, ama hər adam bilmir ki, onun əhvalatı mətbəxnən bağlıdır. 

 

Çoxdan bəri günahsız bir zəvvar insan qətlində ittiham olunmuşdur. Məhkəmənin qərarı çıxarılanda, hakim xoruz yeyirdi. Özünü müdafiyə edən zəvvar dedi ki, əgər o günahsızdırsa, xoruz dirilib banlayacaq – və xoruz dirildi və banladı. Beləliklə, müttəhim təmizə çıxarıldı. Bu inanılmaz hadisədən sonra xoruz ölkənin rəmzinə çevrildi. Onun şəkili otkrıtka və markalarda istifadə olunmağa başladı.

Portuqal mətbəxində tərəvəzlərin yeri

Portuqaliyalılar təzə tərəvəzlərdən hazırlanmış salatlardan çox ət, balıq və ya dəniz məhsullarla birlikdə buxara verilmiş, bişirilmiş və ya pörtlənmiş tərəvəzlərə üstünlük verir. Tərəvəzlər xörəklərin əsasını təşkil edir, lakin çox vaxtı onlar ət və ya balıq yeməkləri ilə qarnir kimi verilir. Tərəvəzlər xörəyi qidalı və zəngin edirlər. Misal kimi ən’ənəvi Portuqal Feijoada xörəyi çəkmək olar – onun əsasını paxlalar, ət və başqa tərəvəzlər təşkil edir.

Pomidor Portuqaliya mətbəxində vacib rol oynayır. Hətta başqa millətlərin mətbəxlərində “Portuqal sayağı” ifadəsi pomidorla bişirilən xörəyi nəzərdə tutur.

Tıxac krallığı

Portuqaliya yüksək keyfiyyətli butulka tıxaclarını istehsal edir. Dünyada istifadə olunan tıxacların üçdə ikisi burada istehsal olunur. Portuqaliyadan gələn tıxacların xüsusiyyətlərinin hesabına çaxır öz nadir ətirini qoruyub saxlayır.

, , ,