• 60 dəq
  • asan
  • 4

İstifadəçinin qiyməti
1 Star2 Stars3 Stars4 Stars5 Stars (hələ qiymətləndirilməyib)
Loading...Loading...

Şaquli şişdə qızardılmış və təndir çörəyinin içinə qoyularaq süfrəyə verilən quzu ətindən türk xörəyi.

Dönər-kabab, yəqin ki, türk mətbəxinin ən məşhur yeməyidir. Ərəb şaurmasını və yunan girosunu xatırlatsa da, inqrediyentləri fərqlidir.

İnqrediyentlər

300 q kələm (qırmızı və ağ)
100 q kahı
1 təzə xiyar
1 böyük soğan
4 pomidor
duz, istiot
1 qırmızı bibər
2 xörək qaşığı ovxalanmış bulyonu kubiki
500 q ət
5-6 xörək qaşığı yağ
1 təndir çörəyi

Hazırlanma

  • Qırmızı və ağ kələmin yarpaqlarını, xiyarı nazik-nazik doğrayın, sonra ovxalanmış bulyon kubikini üstünə tökün və qarışdırın.
  • Pomidorları və soğanı doğrayın.
  • Yağı tavada isidin, əti qızardın, soğanı əlavə edin və qarışdırın.
  • Zövqə görə duz-istiot qatın, əti xırtıldayan olana qədər qızardın.
  • Çörəyi 4 hissəyə uzununa kəsin, bir qədər qızardın.

Süfrəyə verilmə:Çörək isti olarkən onu ət və qalan inqrediyentlərlə doldurun.
Kababın üzərinə ənənəvi türk sarımsaqlı qatıq tökün


, , , , , , ,