Türk çörəyi

  • 240 dəq
  • orta
  • 4

İstifadəçinin qiyməti
1 Star2 Stars3 Stars4 Stars5 Stars (5 səs vermələr,orta rəqəmi: 3.20 dan 5)
Loading...Loading...

Qızardılmış yeməklər və dönərlə yemək üçün yaxşı olan çörəkdir.

İnqrediyentlər

500 q un
10 q duz
1 xörək qaşığı zeytun yağı
10 q şəkər (və ya 2 çay qaşığı bal)
1 paket quru maya (və ya yarım paket təzə maya)
350 ml su
1 yumurta

Hazırlanma

  • Bütün inqridiyentləri qarışdırdıqdan sonra, onları təxminən 8 dəqiqə, formaya salmaq üçün asan olan xəmir əmələ gələnə qədər yoğurun.
  • Bir kasanı yağlayın, xəmiri ora qoyun və təxminən 1,5 saat gözlədin.
  • Xəmir qalxdıqdan sonra, tavaya bişirmə kağızı sərin. Xəmiri 2 hissəyə bölün, iki dənə yumru və ya kvadrat çörək düzəldin.
  • Yumurtanı sındırın, bir çay qaşığı su əlavə edin, çalın, sonra isə çörəyin üstünə yayın.
  • Xəmiri bir neçə yerdən barmaqlarınızla deşin, üstünə küncüt və qara zirəni səpin.
  • Təxminən 20 dəqiqə gözlədin.
  • 250 dərəcə temperaturda 7-9 dəqiqə sobada bişirin.

, , , , , , ,