İmam bayıldı – türk içi doldurulmuş badımcan

  • 70 dəq
  • orta
  • 4

İstifadəçinin qiyməti
1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 səs vermələr,orta rəqəmi: 5.00 dan 5)
Loading...Loading...

Bu yeməyin əmələ gəlməsi ilə bağlı bir çox əfsanə var. Onların birinə əsasən, bu xörəyin dadına baxan bir molla onun ləzzətindən huşunu itirdi.

İnqrediyentlər

4 orta badımcan
4 orta soğan
4 sarımsaq dişi
6 yetişmiş, soyulmuş orta pomidor
100 ml zeytun yağı
5-6 çay qaşığı xırda doğranmış cəfəri
3 çay qaşığı şəkər
5 çay qaşığı təzə limon şirəsi
duz
istiot
extra-virgin zeytun yağı

Hazırlanma

  • Böyük bir qazanda su qaynadın, 7-8 dəqiqə badımcanları suda bişirin, sonra suyu boşaldın və badımcanların soyuması üçün gözlədin.
  • Soğanları zeytun yağında qızardın, doğranmış sarımsağı və soyulmuş pomidorları əlavə edin.
  • Təxminən 10 dəqiqə pörtlədin, sonra doğranmış cəfərini əlavə edin.
  • Badımcanları iki yerə kəsin, içini çıxardın.
  • Badımcanlardan çıxarılan içini doğrayın, tərəvəzlərlə qarışdırın, limon şirəsi və duz-istiot qatın.
  • Alınmış qarışıqla badımcanların içini doldurun, üzərinə qalan yağ gəzdirin, tavaya qoyun.
  • 180 dərəcə temperaturda 45 dəqiqə sobada bişirin.

Süfrəyə verilmə:Süfrəyə isti-isti, ən yaxşısı qatığla verilir.


, , , , , , , ,