Vyetnam mətbəxi

Gözəl

Vyetnam mətbəxi Çin, Tay, Hind və Buddist mətbəxlərinin güclü tə'siri və Fransız müstəmləkəçilərin mətbəxinin zəif tə'sirinin qarışığıdır. Vyetnam mətbəxinin xörəkləri nəinki ləzzətli, hətta çox gözəldir.

Vyetnam mətbəxində istifadə olunan əsas inqrediyentlər

Düyü və düyü əriştəsi ilə yanaşı olaraq, coxlu miqdarda tərəvəzlər Vyetnam mətbəxinin əsasını təşkil edir. Balıq və dəniz məhsulların, cürbəcür ətlərin və həmçinin bə’zi həşəratların istifadəsi Vyetnam mətbəxinin zənginlik və rəngarəngliyini tə’min edir.

 
Vietnam Cuisines are fusion of Chinese, Tai, Indian and Buddhist cuisines.

Bu mətbəxdə istifadə olunan ədviyyatlar adidir, lakin qonşu Tay və ya Hind mətbəxlərində istifadə olunan ədviyyatlarla müqayisədə o qədər yandırıcı deyil. Vyetnam mətbəxində darçın və cirə kimi daha incə ədviyyat qarışıqlardan istifadə olunur. 

Düyü bişirmə üsülu

Düyü Vyetnam mətbəxinin kralı hesab olunur. Düyünün bütün növləri müxtəlif bişirmə üsüllarını tələb edir. Düyünün daha yapışqan növləri bişirməzdən əvvəl suya qoyulmalı və tozdan azad olmalıdır, çünki məhz bu səbəbdən düyü yapışqan olur. Düyünün bəzi növləri bütün gecə islaqda qalmalıdır. Bişirilməzdən əvvəl düyünün üzərinə su əlavə olunur və qazan qapaq ilə örtülür. Əvvəlcə düyü güclü odda bişirilir, sonra isə vam odda dəmə qoyulur. Əgər  düyü bir az yansa belə, narahat olmağa dəyməz, çünki bəzi insanlar deyir ki, belə düyü ən dadlı olur! 

 Natural and healthy fruits are the main desserts in Vietnam cuisines.
 
 

Tərəvəzlər

Vyetnam iqlimi tərəvəzlərin yetişdirilməsi üçün mükəmməldir. Xüsusilə dağlıq ərazilərdə iqlim çox əlverişlidir.  Hər yerdə mövcud olan düyü tarlaları kahı, soğan və pomidor tarlaları növbələnir.

Mərəçüyüd həmçinin çox geniş yayılmışdır; o, çoxdan bəri sıyahətçilər tərəfindən gətirilmişdir. Bir çox plantasiyalar burada Fransız hökmranlıqdan sonra qalıb.

Tərəvəzlərdən hazırlanmış xörəklərin əksəriyyəti Buddizmə aid mədəni ənənələrin nəticəsidir. Buddizm Vyetnamlıların həyat tərzini və həmçinin pəhrizlərini müəyyən edir.

Təzə tərəvəzlərin bol bol istifadə olunması Vyetnam mətbəxini Çin mətbəxindən fərqləndirən xüsusiyyətlərdən biridir. Faydalı olduqları üçün çiy tərəvəzlər və göyərtilərdən çox istifadə olunur. Tərəvəzlər hər hansı bir xörəyin ayrılmaz hissəsidir. Onlardan qəlyanaltılar, ayrıca xörəklər və salatlar hazırlanır. 

Vyetnam üsü ilə hazırlanmış turşular

Vyetnamlılar həmçinin marinada qoyulmuş tərəvəzlərdən istifadə etməyi sevirlər. Marinad üçün məhlul içinə duz və şəkər əlavə edilmiş düyü sirkəsindən hazırlanır. Tərəvəzlər həmçinin turşuya qoyulur. Turşuya qoyulan tərəvəzlərin sırasında kələm, yerkökü, soğan və hətta yemiş və müşk yemişi vardır.

Vyetnam dənizindən balıq və dəniz məhsulları

Dənizin yaxınlığı Vyetnam mətbəxinə böyük təsir göstərir. Sahilboyu reqionlarda  düyü ilə yanaşı olaraq, balıq və dəniz məhsulları gündəlik yemək rasionun vacib inqrediyentləri hesab olunur. Yerli sakinlər üçün balıq ovu əsas gəlir mənbəyidir, bu səbəbdən burada balıq bazarların sayı olduqca çoxdur. Burada hava isti olduğuna görə Vyetnamlılar adətən balıq və dəniz məhsullarını diri diri satırlar. Restorana getsəniz, Sizin üçün istədiyiniz balığı düz akvariumdan seçib yanınızda hazırlayacaqlar. Balıq olduqca təzə və eyni zamanda ucuz olduğuna görə turistlər adətən çox baha hesab olunan xörəklərdən burada dada bilirlər.  Avropada əlçatmaz qiymətə satılan xörəkləri Vyetnamda hər kəs dada bilər!

 

Təbii və faydalı şirniyyatlar

Vyetnam süfrəsində ən populyar desert meyvədir. Burada bir çox meyvə növləri mövcuddur.  Biz tanıdığımız meyvələrdən başqa, burada sanki nağıldan gələn qeyri-adi meyvələr var: liçi, pitaya, ananas, pomelo, manqo, avocado, rumbutans, və daha nələr – bunların hamısını yerli satıcılardan əldə etmək olar. Vyetnamlılar meyvəni duz və istiyotla yeməyə sevirlər.

 
 Rice is considered as king in Vietnam cuisines

Vok

Vok Asiyanın kənarında həmçinin məşhur olan qabdır. O, Vyetnamlıların ən’ənəvi xörəklərin hazırlanması üçün istifadə edilən tavadır. Vokun içəri batmış, yarımdairəvi dibi var. Vok çox tez qızdığı üçün, onun içində tərəvəzlər demək olar ki, dərhal qızarır.  Voku istifadə etdikdə, xörək yanmasın deyə onu tez tez qarışdırmaq lazımdır.  Orijinal formasına görə, vokun içində qızardılan xörəyə çox yağ əlavə etməyə ehtiyac yoxdur, sadəcə onu tez tez qarışdırmaq lazımdır. Vok həmçinin xörəkləri buxarda hazırlamaq üçün istifadə oluna bilər. Xörəyin yumşalması üçün tavanın üzərinə günbəz şəklində olan xüsusi qapaq qoyulur. Bu sağlam olmağa can atan insanlar üçün çox əlverişlidir, çünki vokda bişirilən yeməklər azkalorili və çox faydalıdır.

, ,