• eating

Bənövşəyi kök

Gözəl

Tərəvəzlər barədə heyranedici faktlar və hekayələri kəşf edin. Təəccüblənəcəksiniz!

Bənövşəyi kök – doğrudur yoxsa yanlış

17-ci əsrə qədər əkilən bütün köklər bənövşəyi olmuşdur. Hazırda bildiyimiz narıncı köklər ilk dəfə Holland əkinçilər tərəfindən 16-cı əsrin sonlarında becərilmişdir. Onlar bənövşəyi kökün mutant hissələrindən istifadə etmiş və hazırda sevərək yediyimiz narıncı rəngi almışlar.

Bundan əvvəl, yerkökülərin çoxsu bənövşəyi idi, yalnız təsadüfi olaraq mutasiya olunmuş bəziləri sarı və ağ olurdu. Lakin, onlar nadir hallarda becərilirdi və bənövşəyi piqment olan antosianindən məhrum idi.

Purple-carrot2

Narıncı köklər ehtimal ki, sarı, ağ və eləcə də, yabanı köklərin mutasiya olunması nəticəsində yaranmışdır.

Yerkökülərin yabanı əсdadlarına İranda və Əfqanıstanda rast gəlmək olar ki, bu ərazilər bir çox tip yabanı yerkökünün vətənidir.

Bənövşəyi yerkökünün özəlliyi nədən ibarətdir?

Bənövşəyi yerkökü sadəcə bir yenilik deyil. Onun unikal rəngi cana faydalı fitokimyəvi tərkibindən xəbər verir. O, mərkəzinin narıncı rəngdə olmasından göründüyü kimi adi yerkökündə olan A vitamini və beta-karotinə malik olmasından əlavə eyni zamanda qaragiləyə özəl rəng verən antosiyaninə və antioksidləşdirici tərkibə malikdir. Araşdırmalar göstərdi ki, onun tərkibindəki mavi və bənövşəyi piqmentlər yaddaşı gücləndirə, görmə qabiliyyətini artıra, infarktdan qoruya, iltihabın qarşısını ala və hətta çəkiyə nəzarət etməkdə kömək edə bilər.