Vegetarian pəhrizi ilə əzələ qazanın

Gözəl

Az adam əslində qoluqüvvətli idmançıların bir çoxunun vegetarian olduğunu bilir. Bu reallıq proteinin əsas mənbəyinin ət olması mifini dağıdır.

Vegetarian pəhrizi
 

Əzələ yetişdirin

Hər kəs çoxlu ət məhsulları yeməyin əzələ qazandırmanın yeganə yolu olduğu barədə fikirləri eşidib. Digər tərəfdən, bir canlının öldürülməsini tələb edən qida sağlam ola bilərmi?

Vegetarian pəhrizi ilə əzələ yetişdirməyin mümkünsüz olduğu barədə yanlış fikir mövcuddur. Əslində, əzələnin əsası proteinlərdir və xoşbəxtlikdən ətdən başqa çoxlu qidalar da protein mənbəyidir.

 

Siz, yüzfaizli vegetarian olmağa məcbur deyilsiniz, çünki yumurta, pendir və süd məhsullarından kifayət qədər protein əldə etmək olar və bu məhsullar heyvanları öldürərək əldə olunmur. Yenə də, siz hətta heyvanların qəfəsdə saxlanılması ilə razı deyilsizsə, başqa seçimlər də var – soya paxlası və zərdab proteini kokteylləri. Badam və qoz kimi təbii və əlçatan vegetativ protein mənbələri də var ki, onları olduğu kimi yeyə və ya krem hazırlaya bilərsiz!

, , , , ,