Çörəyin kalori dəyəri

Gözəl

Burada yerləşən cədvəldən Siz çörək, ruletlər və un mə'mulatlarında nə qədər zülal, yağ və karbohidratlar olduğunu öyrənəcəksiniz.

Find out how many calories are there in bread. Calories chart will help you to find out amount of proteins, fats and carbohydrates are in bread.

Çörək kifayyət qədər yüksək qida və enerji dəyəri olan məhsuldur;  bu səbəbdən o, uşaqlar üçün qida piramidin əsasını təşkil edir.  Çörəkdə çox miqdarda gözəl enerji mənbəyi olan faydalı mürəkkəb karbohidratlar var; onda həmçinin foli turşusu, sink, maqnezium, kalsium, bə’zi proteinlər və sellüloza, həmçinin əsəb hüceyrələrinə müsbət tə’sir göstərən B qrupu vitaminləri var.

Un mə’mulatların kalori dəyəri
Məhsul Miqdar Enerji(kilokalori) Zülal(qr)

Yağ

(qr)

Şəkər

(qr)

Jemli keks 100 qr 284 5,3 61,0 2,1
Baqet 100 qr 282 7,9 1,7 60,1
Bulka 100 qr 299 8,0 5,3 53,7
Pendir bulkası 100 qr 318 10,6 12,3 40,1
Ponçik 100 qr 296 5,6 13,0 38,8
Jemli bulka 100 qr 293 6,5 4,2 57,1
Hörük şəklində ağ çörək 100 qr 333 7,0 7,0 61,6
Xaş-xaş bulkaları 100 qr 304 7,5 5,2 55,5
Adi çörək 100 qr 245 5,4 1,3 57,0
Ruletlər 100 qr 235 8,0 0,9 48,9
Qara çörək 100 qr 223 5,6 1,7 51,5
Tost 100 qr 305 8,1 4,7 58,8
Ağ çörək 100 qr 249 6,8 1,4 56,0
Buğda undan hazırlanmış ruletlər 100 qr 272 7,3 1,5 58,5
Dənli çörək 100 qr 228 8,6 1,4 43,9

Çörəyin qida dəyəri  

Qida dəyəri nöqteyi nəzərdən, qara çörək ən qidalı hesab olunur – qara undan bişirilmiş çörəkdə çoxlu vitamin və mineral duzları, və həmçinin dənin qabığında olan dəyərli sellüloza var. Ağ çörəyin qida dəyəri azdır, kalori dəyəri isə başqa çörəklər ilə müqayisədə çoxdur. Tərkibində günəbaxan, balqabaq, küncüt, len, xaş-xaş, qarğıdalı və ya kumin kimi yağlı tumları olan çörək vitamin, mineral duzlar və doymamış yağlı turşuların əlavə mənbəyidir.

Çörəyin sağlam pəhrizdə rolu

Qara çörəyin tərkibində olan sellüloza bağırsaqları yemək qalıqlarından təmizəyir, peristaltikanı gücləndirir və artıq suyu canına çəkir. Qara çörək yeməklə, biz bir neçə saat ərzində aclıq hiss etmirik. O, iştahanı tənzimləyir və bizlərə sağlam və gözəl qalmaqda kömək edir. Bundan əlavə, o, qanda olan xolesterinin səviyyəsini azaldır, çünki o, xolesterinin həzm sistemindən sorulmasının qarşısını alır. Qara çörək yemək üçün əks göstərişlər: xoralı xroniki qastrit, xroniki duodenal xoralar, həmçinin ciyər və bağırsaq xəstəlikləri – qara çörək turşuları əmələ gətirir və meteorizmin səbəbi ola bilər. Dənli bitkilərdə qlüten var; beləliklə seliakiyadan əziyyət çəkən insanlar adi çörəyi yeyə bilmir. Bu həmçinin təbii proteinlərə dözümü olmayan fenikeltonuriya xəstəliyindən əziyyət çəkən insanlara aiddir. Ağ çörək yüngül və dadlıdır. O, uşaqlar, qıcıqlandırılmış bağırsaq, xoralı xroniki qastrit və yaxud pankreatit xəstəlikləri olan insanların qida rasionunda istifadə olunmalıdır.  Çörəyi həddindən artıq yeməsəniz, kökəlməyə yol verməzsiniz.

Tövsiyyə olunan saxlama qaydaları

Ən yaxşısı odur ki, çörəyi taxta və yaxud plastic konteynerlərdə, və yaxud kətan əskisinə büküb saxlayasınız. Konteynerin içinə alma və yaxud kartof qoymaq çox yaxşıdır – çörək daha uzun müddət ərzində təzə qalar. Çörəyi hətta üç ay ərzində dondurulmuş halda saxlamaq mümkündür.  Onun ətirini qoruyub saxlamaq üçün çörək yaxşı bükülməlı və soyuducuda saxlanmamalıdır, çünki o təzəliyini itirə bilər.

,