Şorbaların kalori cədvəli

Gözəl

Burada yerləşən cədvəldən Siz şorbalarda olan zülal, yağ və karbohidratların miqdarını öyrənə bilərsiniz.

Find out how many calories are there in soups. Calories chart will help you to find out amount of proteins, fats and carbohydrates are in soups.

Şorbaların o qədər müxtəlif reseptləri mövcuddur ki, onları sonsuz qədər saymaq olar. Şorbalar ət bulyonunda bişirilən tərəvəzlərin kombinasiyaladır. Onlara makaron, arpa və ya düyü əlavə oluna bilər. Dadlı və eyni zamanda az kalorili olduqdan başqa, şorbalar bizi çoxlu karbohidratlar, sellüloza, kalium, dəmir, maqnezium, B qrupu vitaminləri, E vitamin və beta-karotin ilə tə’min edir.

Şorbaların kalori cədvəli
Məhsul Miqdar Enerji  (kilokalori) Zülal (qr) Yağ (qr) Şəkər(qr)
Alma şorbası 100 ml 42 0,1 0,1 11,8
Lobya şorbası 100 ml 62 4,0 1,8 10,0
Mal əti şorbası 100 ml 4 0,6 0,2 0,0
Kələm və kartof şorbası 100 qr 38 1,0 3,8 2,1
Kələm şorbası 100 qr 31 0,9 2,1 3,1

Gülkələmi şorbası

100 ml 28 1,6 0,5 4,9
Kərəviz şorbası 100 ml 37 1,6 1,8 4,5
Toyuq bulyonu 100 ml 1 0,1 0,0 0,0
Cücə bulyonu 100 ml 124 2,2 3,1 23,5
Soyuq cuğundur şorbası 100 ml 36 0,5 2,0 4,2
Marinada qoyulmuş kərəviz şorbası 100 ml 42 1,4 2,0 5,0
Balıq bulyonu 100 ml 2 0,4 0,0 0,0
Balıq solyankası – Rusiya şorbası 100 ml 25 2,4 1,2 1,2
Balıq şorbası 100 ml 46 3,4 1,0 5,5
Fransız lobya şorbası 100 ml 43 2,2 0,6 8,9
Gürcü ət şorbası 100 ml 75 3,1 4,5 5,5
Yaşıl noxud şorbası 100 ml 56 3,2 1,2 11,2
Soğan-kəvər və əriştə şorbası 100 ml 39 1,4 1,1 6,6
Düyü ilə limonlu şorba 100 ml 58 1,4 2,2 8,7
Ət və düyü şorbası 100 ml 34 0,7 1,1 5,2
Göbələk bulyonu 100 ml 3 0,5 0,1 0,0
Göbələk şorbası 100 ml 26 1,3 1,8 1,3
Okroşka – kefir əsasında soyuq sup 100 ml 47 3,1 1,9 4,3
Okroşka – kvas əsasında soyuq sup 100 ml 52 2,1 1,7 6,3
Soğan şorbası 100 ml 44 1,4 2,7 4,0
Noxud şorbası 100 ml 66 4,4 2,4 8,9
Göbələk ilə arpa yarması şorbası 100 ml 43 1,6 1,2 6,4
Kartof şorbası 100 ml 39 1,4 1,1 6,6
Kartof və arpa şorbası 100 ml 54 1,3 1,2 9,5
Əriştə ilə kartof şorbası 100 ml 48 1,3 1,0 8,4
Düyü şorbası 100 ml 48 1,4 1,3 7,7
Turş kələm və kartof şorbası 100 qr 32 0,6 2,1 2,7
Sibir şorbası 100 ml 48 1,9 1,5 6,8
Solyanka – göbələk, tərəvəz və kələm ilə şorba – rusiya şorbası 100 ml 134 3,3 10,5 6,6
Solyanka – tərəvəz və turş kələm ilə rusiya şorbası 100 ml 106 3,6 7,0 7,1
Turşəng şorbası 100 ml 40 1,6 2,5 2,9
Paxlalı şorba 100 ml 66 3,4 2,2 1,4
Turş Rusiya supu 100 qr 34 0,6 2,8 1,5
İspanaq və kartof ilə şorba 100 ml 40 2,2 0,9 6,6
Yay şorbası 100 ml 49 1,1 2,1 6,4
Pomidor şorbası 100 ml 28 1,3 1,8 1,9
Əriştə ilə tomat şorbası 100 ml 35 1,5 1,8 3,3
Düyü ilə tomat şorbası To 100 ml 37 1,5 1,8 3,9
İçalat şorbası 100 ml 84 16,0 2,2 0,0
Ukrayna borşu 100 ml 49 1,1 2,2 6,7
Tərəvəz şorbası 100 ml 43 1,7 1,8 6,2
Paxlalı tərəvəz şorbası 100 ml 46 1,6 2,1 5,2
Ətli buğda şorbası 100 ml 57 2,9 2,2 6,4

Şorbaların qida dəyəri

Şorbaların tərkibində qidamızın əsası olan su var. Tərəvəzlər bişdiyinə görə tərkiblərində olan sellüloza qıcıqlandırıcı olmur. Bundan başqa, sellüloza həzm olunmadan orqanizmi təmizləyir – bu səbəbdən o, artıq çəki ilə mübarizədə çox qiymətli bir vasitəsir.  Ən vacibi odur ki, şorbaların tərkibində olan tərəvəzlər demək olar ki, bütün qida maddələrini qoruyub saxlayır; onlar bulyona çıxdıqlarına baxmayaraq, biz onları yeyirik. Lakin, hər halda müəyyən vitamin itkisi baş verir, məsələn, C vitamin həssas olduğuna görə, məhv olur. C vitaminin ən yaxşı mənbəyi təzə meyvə və tərəvəzlərdir.

Soyuq qış günündə bizi evdə hazırlanmış isti şorbadan yaxşı heçnə isindirə bilməz. Çalışın bişirdiyiniz şorbalara yağda qızardılmış un soyusları və ya xamanı əlavə etməyəsiz. Yaxşı olar ki, Siz suplara zəncəfil, hil və ya cövüz kimi isindirici ədvaları əlavə edəsiniz.

Saxlama qaydaları

Şorba hazır olduqdan sonra, o, otaq temperaturunda 2 saatdan çox saxlanmamalıdır (isti havada 1 saat). Sonra isə o, soyuducuya qoyulmalı və ya dondurulmalıdır – əks təqdirdə onda zərərli bakterialar yayılmağa başlayacaq. Şorbanı dondurmağa planlaşdırırsızsa, əvvəlcə onu soyuducuda soyudun – beləliklə, Siz onun qida dəyərini qoruyub saxlayacaqsınız. Əgər yeməkdən sonra artıq şorba qalıbsa, onu  təzə təmiz qaba qoyub soyuducuya yerləşdirin.

, ,