• eating

Bankada salat

Gözəl

Kabablar, pikniklər, açıq havada yemək – yay fəsli buna görə sevimlidir. Bu sadə fənd ilə süfrənizə dəbli və gözəl görkəm verin.

Bankada salatı hazırlamağın qaydası:

Süfrənizə dəbli və gözəl bir şey əlavə etmək çox asandır.

  • Sizə sadəcə bir neçə şəffaf şüşə banka lazımdır. Bankalar eyni ölçüdə və növdə olsalar daha yaxşı görkəm alınar. Elə isə ziyafətdən öncə bankaları yığmağa başlayın (siz Bonduelle məhsullarının bankalarından da istifadə edə bilərsiniz), ya da sadəcə olaraq dükandan bir dəst banka alın.
  • Bankaları bir neçə dəfə yuyun və tam təmiz olduqlarından və heç bir kənar iyin olmadığından əmin olun.

Sonra ən maraqlısı başlayır:

Salatın ən gözəl görkəm alması üçün parlaq və təzadlı rənglərə malik inqrediyentlərdən istifadə edin və yaxud da çoxlu rənglərə malik göy qurşağı salatı düzəldin.

Salad in a jar

 

  • İnqrediyentləri hazırlayın və daha da maraqlı görünmələri üçün onları müxtəlif formalarda doğrayın.

Prepare your ingredients

 

  • Sonra qat-qat bankaya yerləşdirin.
  • Sousu kənarda ayrıca boşqaba və ya bankanın üst qatına tökün. Onun bankanın kənarlarından axmadığına əmin olun, əks təqdirdə görünüş yaxşı olmayacaq.

Salad with sauce

  • Bundan əlavə siz bankaları ziyafətin mövzusuna uyğun olaraq bəzəyə bilərsiniz.

Decorate the jars

, , , , ,