• eating

Qarğıdalı – qlütensiz tərəvəzlər

Gözəl

Qarğıdalı hər iki Amerikada və dadına, qidalandırıcı dəyərinə görə bütün dünyada məşhurdur. Beləliklə, qarğıdalının özünəməxsusluğu nədir?

Hindi qızılı adlandırılan qarğıdalı, əsasən B vitaminləri, eləvə də A, D, E, K vitamini və fol turşusu ilə zəngindir. O, həmçinin, insan bədəni üçün faydalı olan fosfor, kalium, kalsium, maqnezium, selenium, bir qədər kobalt, yod və brom minerallarından ibarətdir.

Qarğıdalı – güclü antioksidant

Selenium və E vitamini xərçəng riskini azaldır. Selenium, hüceyrə membranlarını və qırmızı qan hüceyrələrini azad radikallardan qoruyan enzimlərin tərkib hissəsidir.Bu, toxuma və orqanlarda xərçəng formalaşmasının qarşısını alır. Əlavə olaraq, selenium immunitet sisteminin gücləndiriməsində vacib rol oynayır. Bu elementin optimal dozasından istifadə zamanı bədən ağ qan hüceyrələrinin istehsalını artırır. Bundan əlavə, qarğıdalının digər bir inqredienti luteindir- karotin qrupundan sarı boya elementi – göz makulasını degenerasiyadan qoruyur və antioksidant xüsusiyyətlərə malikdir.

Corn for a healthy heartSağlam ürək üçün qarğıdalı

Qarğıdalının tərkibindəki kalium ürəyin vəziyyətini yaxşılaşdırır. Tədqiqatlar göstərir ki, yeməyində bu elementdən çox miqdarda olan insanların aşağı qan təzyiqi və düzgün ürək döyüntüləri olur. Digər tərəfdən, qarğıdalıdan yemək xolestrol səviyyəsini azaldır. Qarğıdalılnın tərkibindəki həll oluna bilən lif, xolestrolu tutur və bədəndən uzaqlaşdırılmasını asanlaşdırır.

Qlütensiz mənbə

Çox adam bilmir ki, qlütensiz pəhrizlə yaşayan insanla üçün qağıdalı təhlükəsizdir. Un, buğda və yağ məhsulları qarğıdalı məhsulları ilə əvəz oluna bilər.

, , , , , ,