Romanesko haqqında maraqlı faktlar

Dəbli

Gül kələm və romanesko ilə maliyyə və tibb arasında nə əlaqə var?

Həm gül kələm, həm də onun daha “effektli” görünən növü – romanesko, fraktallar anlayışını izah edən təbii obyektlərdir. Fraktalların riaziyyatda tətbiqinə 70-ci illərdə Yel universitetində çalışan fransız alimi Benua Mandelbrot başlayıb. Fraktalın səciyyəvi xüsusiyyəti olan onun özünəoxşarlığıdır – bir hissəsi bütövünə bənzəyir. Beləliklə, hər bir hamaşçiçək bütöv gül kələmin şəklini təkrarlayır. Fraktal anlayışı tibb, hidroloqiya və maliyyə kimi elmlərdə tətbiq olunur.

romanesco2

Romanesko – əcaib tərəvəz Bu ovsunlayıcı tərəvəz əslində gül kələmin ekzotik versiyasıdır. Ona baxarkən özünüzü qəribə hiss edirsinizsə bu, həmin tərəvəzdə təbii fraktal uyğunlaşmanın olmasına görədir. Belə ki, Romaneskonun başındakı buruqlar Fibonaççi sıralamasına uyğun gəlir. Elə isə növbəti qızartma yeməyinizə bir romanesko əlavə edin və riyaziyyatı bilən dostlarınızı təəccübləndirin ;).

, ,