Asta qaçış (coqqinq)

Dəbli

Hər şeydən öncə, qaçış sadəcə həzzdir, depressiya ilə mübarizə aparır və sizə özünə əminlik hissi verir. Əgər siz, çəki itirmək istəsəniz, asta qaçış ən yaxşı metoddur. Bu həyatboyunca ediləcək idmandır.

Asta qaçış
Coqqinq qaçışın daha yavaş bir növündən başqa bir şey deyil və heç bir xüsusi məşq tələb etməyən populyar idmandır. Sən öz təlimatçın ola bilərsən və hara, nə qədər və nə vaxt qaçmağa özün qərar verə bilərsən.

Biz qaçışa başlayırıq!

Yaxşı olardı qaçış üçün ayaqqabılara xüsusi diqqət yetirilsin. Ayaq pəncələri və dizlər tez əziləndir. Ona görə də, istifadə olunan ayaqqabı xüsusilə asta qaçış üçün işlənib hazırlanmalıdır.
Geyiminiz komfortlu olmalıdır, idman geyimi və ya sıx geyim olmalıdır; ən əsası onları geyərkən rahatlıq hiss etməkdir.

Səhər qaçışı

Səhərlər qaçış üçün əla vaxtdır, çünki bədən öz enerji mənbələrindən istifadə edir və nəticədə bədən piyləri yandırılır.
Qaçış üçün yer də əhəmiyyətlidir: ən yaxşıları meşəlik, park və ya göl kənarıdır.
Başlanğıcda oynaqları və əzələləri qaçışa hazırlamaq üçün isinmə hərəkətləri edilir. İsinmə əzələlərin düzgün forma alması üçün dartınma ilə bitir.
Asta qaçmaq lazımdır ki, asanlıqla nəfəs almaq və danışmaq olsun. Proses yorucu deyil, əyləncəli olmalıdır.

Qaydalar asandır, daha vaxt itirməyə gərək yoxdu. Əgər hava yaxşıdırsa, elə bu gün qaçışa başlayın və bu idmanın sizə verdiyi faydaları özünüz hiss edin.

, ,