Kallanetika

Gözəl

Kallanetika ev şəraitində edilə bilən rekreasiya məşqidir.

Kallanetika 
 
Müasir fitnes klubları düzgün əzələ quruluşu yaradan, çəki itirməyə kömək edən, bədən şuxluğunu artıran reakreasiya məşqlər təklif edir. Hər kəs fitnes klubda məşqlərə pul çatdıra bilmir. Kallanetika evdə edilə bilən reakreasiya məşqidir. O, xüsusi ləvazimat və ya alətlər tələb etmir və məşqlər çox asandır. Əsas olan fərdi disiplindir və qısa zamanda siz artıq çəkini itirə, budlarınızı, ombanızı, ayaqlarınızı formaya mindirə və qarın hissəni yastılada bilərsiz.

20 əvəzinə bir saat

Kallanetika Kallan Pinkney tərəfindən ideal vücud, bədən möhkəmliyi və fitnesi gücləndirmək üçün yaradılıb. 1 saatlıq kallanetika 20 saat aerobikaya və ya bir neçə saat klassik məşqlərə bərabər götürülür. Məşqlər çox asandır, lakin intensivdir və onlar davamlılıq, həmçinin sistematik yanaşma tələb edir. Bədən duruşu üçün göstərişlərə diqqətlə əməl etmək lazımdır. Başlanğıcda məşqlər çətin görünə bilər, lakin bir müddət sonra onları etməkdə problem olmur.

Evdə məşq

Evdə məşqlərə başlamazdan əvvəl, fitnes klubda professional məşqçi ilə bir neçə saat təcrübə keçmək məsləhətlidir. Yaxşı olar ki, bir neçə saatınızı məşq texnikalarını oxumağa sərf edəsiniz. Hərəkətlər yavaş-yavaş edilməlidir, nəfəsalma düzgün şəkildə olmalıdır. Doğru seçilmiş musiqi təzyiqə dözməyə və mental olaraq rahatlamağa yardım edir. Məşqlər həftədə iki dəfə təxminən bir saatlıq olmaqla edilməlidir.

Effektiv praktika

  • İsinmə. Əsas məşqlərdən öncə olur, əzələləri boşaltmağa və bədəni ekstensiv cəhdlərə hazırlamağa kömək edir. Beli, çiyinləri, kürəyi və boyunu məşq etdirməyə vaxt ayrılmalıdır.
  • Əsas məşqlər. Ayaqlar, budlar və qarın üçündür. Düzgün nəfəsalma çox önəmlidir; dodaqları bağlamaq olmaz.
  • Məşqin sonunda dartınma.
    Hər bir çalışmanı müəyyən müddət- 50 və 100 saniyə arası- etmək lazımdır; ona görə də, taymerinizin olması lazımidir.
, ,