Masanızda tərəvəzlər

Dəbli

Tərəvəz dünyasında kəşf ediləcək çox şey var – onlar sadəcə salat və ya qəlyanlatı deyil. Tərəvəzlər formal və ya qeyri-formal partilər üçün dəbli ərzaqdır.

Yeni nəyisə sınayın

Dostlar, ailə və ya həmkarlarla vaxt keçirmək çox zövqverici təcrübədir. Bu, sevinc, zövq və əyləncə zamanıdır. Tərəvəz yeməkləri əla qidadır – fərqi yoxdur, bu ən yaxın dostla səhər yeməyidir, ailə ilə nahardır və ya gec biznes partisidir, onlar Sizi özünüzü yuxulu hiss etməməyə, əksinə canlı hiss etməyə imkan verəcək. Onlar hazırlanmaya da çox vaxt aparmır və beləliklə, Siz –  ev sahibi olaraq mətbəxdə ilişib qalmaqdansa, qonaqlar ilə söhbətlərdən zövq ala bilərsiniz.

Sizin boşqablarınızı və masanızı əsrarəngiz göstərəcək çox tərəvəz var. Yemələrinizə ekzotik toxunuş vermək üçün yosun və ya dəniz yosununu sınaqdan keçirə bilərsiniz. Qonaqlarınızı dəbli lakin yüngül parti yeməkləri ilə təəccübləndirin.

Masanızda tərəvəzlər

Köhnə bir şeyə yeni bir şəkildə cəhd edin

Əgər Siz dəniz yosunu kimi ekzotik bir şeyə cəhd etmirsinizsə, masanızı hələdə dəbli göstərmək üçün çoxlu yol var. Öz sevimli reseptinizi istifadə edin, lakin yeni nəsə əlavə edin – məsələn, nadir salat sousu və ya bişmiş tərəvəz əvəzinə qızardılmış tərəvəz. Qonaqlarınızı təəccübləndirəcək yeni göbələk reseptinə aid məsləhətlərimizi sınaqdan keçirin. Siz həmçinin sevimli tərəvəzlərinizdən müxtəlif üsullarla istifadə edə bilərsiniz və ya ən adi tərəvəzdən heyranedici qarnirin necə hazırlanmasını öyrənə bilərsiniz. Sizin parti qonaqlarınızın damaqlarının dadını və gözlərini razı salacaq.