Kalkulyatorlar

Xeyirli

Yeməklərin kalori dəyərini hesablayın. Gündəlik menyunuzu planlaşdırın. BÇİ və ya OBK-nızı hesablamaqla, düzğün pəhrizi seçmək daha asan olar. Müasir və istifadəsi asan olan kalkulyatorlarımızdan yararlanın.

Kalkulyatorlar

Bu və ya diqər yeməkdə nə qədər kalori var? İdeal çəkim hansıdır? Pəhrizim kifayət qədər qidalıdırmi? Bu sualları özümüzə hər gün, yaxud pəhriz tutanda və yaxud yemək hazırlayanda veririk. Kaloriləri hesablamaq məqsədilə qələm-kağız ilə oturmaq və bəzi çətin hesablamalara vaxtı sərf etmək olar. Lakin Sizin başqa seşiminiz var – saytımızda olan kalkulyatordan yararlana bilərsiniz! Bu olduqca asandır. Sadəcə lazım olan mə’lumatı daxil edin və nəticəni dərhal əldə edin..  

Sizı saytımızda olan kalkulyatorlardan yararlanmağa dəvət edirik!

 

Kalori kalkulyatoru

Hər hansı yeməkdə və yaxud gün ərzində istifadə etdiyiniz menyuda nə qədər kalori olduğunu bilmək istəyirsinizmi? Sağlam və ideal çəkidə olduğunuza baxmayaraq, özünüzə nə yeyim, nəqədər yeyim suallarını verirsinizmi? Kalkulyatorumuzun köməyi ilə Siz hazırladığınız xörəklərin kalori və qida dəyərinə dair mə’lumat alacaqsınız. Kalori kalkulyatorunu istifadə etməklə, Siz nəinki bir konkret xörəyin kalori dəyərini, həmçinin gündəlik və ya həftəlik menyunun kalori dəyərini planlaşdıra bilərsiniz.

Saytımızda 1,000 çox xörəklər, inqredientlər, və menyular var.

Hazırladığınız yeməklərdə nə qədər kalori olduğunu öyrənin! 

BÇİ (Bədən Çəkisi İndeksi) kalkulyatoru

Əgər çəkinizin düzgün olub olmamağını öyrənmək istəyirsinizsə, bizim BÇİ kalkulyatorumuzdan yararlanın. O, dəqiqliklə bədən çəkinizi hesablamaqla , bədənizdə piy toxumasının miqdarını dəyərləndirməyə kömək edəcək. Beləliklə, Siz çəkinizin norma daxilində olub olmamağını oyrənəcəksiniz. 

Çəkiniz normadan yuxarı və ya aşağı olduğunu dəqiq bilmək çox yaxşıdır.  BÇİ kalkulyatoru çəkinizin normadan aşağı olduğunu göstərdikdə, Siz sadəcə daha qidalı pəhrizə keçməlisiniz.  Çəkiniz normadan yuxarı olduqda isə, qida rasionunuzun kalorilığıni azaltmalı və həyat tərzinizi dəyişməli olacaqsınız.

BÇİ-ni öyrənməklə Siz hətta artıq çəkini müşahidə edən ateroskleroz, şəkər xəstəliyi, hipertenziya, insult və ya infarkt xəstəliklərin riskini  dəyərləndirə bilərsiniz. 

BÇİ-zi hesablayın! 

Gündəlik kalori tələbatı

Gündəlik enerji sərfiyyatınızı ödəmək üçün nə qədər kaloriyə ehtiyacınız oldugunu bilirsinizmi? Diqər tərəfdən, həftədə neçə dəfə və hansı  fiziki fəaliət ilə məşğul olmaq lazımdır?  

Orqanizmi gündəlik enerji sərfiyyətimizi  ödəyəcək qida ilə tə’min edəndə, çəki artımı müşahidə olunmur və bədən çəkisi norma daxilində qalır.

Pəhrizi seçməzdən əvvəl biz fərdi maddə mübadiləsi, bədən çəkisi, hündürlük, yaş, cinsiyyət və fiziki aktivliyi səviyyəsindən asılı olaraq gündəlik enerji tələbatımızı tə’yin etməliyik. Enerjiyə olan tələbatımız idmanla intensiv şəkildə məşğul olanda və yaxud orqanizmin inkişaf və boy artımı dövründə olanda artır. Hamilə və körpə əmizdirən qadınlarda və yaxud xəstəlikdən sonra bərpa olunan  insanlarda enerji tələbatı daha yüksək olur. 

Diqqət: kalkulyator ancaq böyüklər üçün nəzərdə tutulub. (>18)

 
Gündəlik kalori tələbatənızı hesablayın.

  

OBK – (Omba-bilək koeffisienti)

OBK bədənimizdə piy toxumasının paylanmasını göstərən omba-bilək koeffisientidir. OBK bədən quruluşu tipini və piyləmənin və ya artıq çəkinin olub olmamağını qiymətləndirməyə imkan verir.  Bu kalkulatordan yalnız OBK-ları 25 dən artıq olan piylənmə və ya artıq çəkidən əziyyət çəkən insanlar istifadə etməlidir. OBK-nız norma daxilindədirsə, bu kalkulyatordan istifadə etməyin, çünki yalnış nəticə əldə edəcəksiniz. Həmçinin, hamilə qadınlar OBK-dan istifadə etməməlidir!

Sizin OBK-nız bizim kalkulyatorumuzda!!!

, , , ,