Ofis işçiləri üçün pəhriz

Gözəl

İşdə acından necə ölməmək və bəlkə də bir neçə kiloqram necə itirmək barədə məsləhət verəcəyik. Yemək vərdişlərinizi dəyişmək yaxşı olardı *

Bu gün insanlar daha çox stol arxasında işləyirlər. Günlərimizin bu əlaməti ilə birlikdə köklük də əmələ gəlir, çünki az məşq edirik və daimi olaraq oturmuş vəziyyətdəyik.

Ponçik və şokolad plitkası

İşdə adətən qəhvə, peçenye, ponçik və ya şokolad plitkası yeyirsiniz.

  

 
Five Great Tips of Healthy diet for Office Workers.
 
Başlanğıc üçün bir neçə ümumi qaydalar:1.Səhər yeməyinizi evdə yeyin, beləliklə işdə olarkən və ya həmkarlarla söhbət edərkən yeməkdən çəkinə bilərsiniz. Yüngül qəlyanaltıları işinizə gətirin ki, həqiqi aclığı hiss etməyəsiniz.

Yüngül qəlyanaltıları işinizə gətirin ki, həqiqi aclığı hiss etməyəsiniz.
2. Nahar vaxtı salat və ya sağlam şorba yeyin.
3. Əsas yeməyənizi işdən sonra evdə yeyin. Əgər siz gec saatlarda işləyirsinizsə, restorana və ya paba getmək üçün vaxt ayırın. Yavaş-yavaş yeyin, tələsməyin. Fransızlar ona görə qamətli deyildirlər ki, idmanla məşğul edirlər, ona görə ki, yedikləri hər bir tikədən zövq alırlar. Onlar öz yeməklərini bayram edirlər. Yatmaqdan əvvəl bir az meyvə yeyir və ya bir qədər tərəvəz şirəsi içirlər.
4. Yemək vaxtlarını buraxmayın, çünki əgər siz həqiqətən acsınızsa, siz bir dəfəyə çox yeyəcəksiniz.
5. Məşq etməyi unutmayın. Hətta ofisdə olarkən siz hərəkət edə bilərsiniz: çiyinləri hərəkət etdirin, əyilin, başı hərəkət etdirin və boynunuzu dartın. Ofisinizin ətrafında gəzin, həmkarlarınızın iş yerlərinə baş çəkin.

always take fruite salad in the  office diet
 
Məşqlər proqramı
- idman sağlamlıq üçün xeyirlidir
Səhər:
15 dəqiqəlik çiyin məşqləri, dizlərin 15 dəfə əyilməsi

Səhər yeməyindən sonra:
30-60 dəqiqəlik velosiped gəzintisi, hərdənbir işinizə velosipedlə gedin.

Gündüz:
30-45 dəqiqəlik sürətli gəzinti.

Axşam:
Yumşaq döşəmə və ya xalça üzərində 10 dəqiqəlik ipdən tullanma.

  

 

Beş gün üçün menyunuz – istədiyinizi seçin

Səhər yeməyi 
Qəhvə və ya çay məsləhət görürük; yağsızlaşdırılmış süd ilə, lakin şəkərsiz içsəniz daha yaxşı olar. Bir stəkan yağsızlaşdırılmış süd, yaxud kefir, yaxud da yoqurt içmək əla olar.

Seçmək üçün menyular:
Nazik qat kərə yağı ilə 2 dilim çovdar çörəyi, 2 dilim vetçina, iki qırmızı turp;
Kərə yağı ilə 1 dilim qara çörək, kəvər və xiyar ilə 100 q kəsmik;
1 ilıq və ya bərk bişirilmiş yumurta, yağla 1 dilim çörək, bir pomidor;
Yağ ilə 2 dilim çovdar çörəyi, 2 dilim pendir, iki qırmızı turp;
Yağla 1 tikə tam taxıl çörəyi, kəsmik və ya 1 xörək qaşığı cem.
İşə nə cür yüngül qəlyanaltılar apara bilərsiniz?
1 alma; 1 armud; 1 kiçik banan; 2 kök.
Nahar
Tərəvəz salatı: xiyarı, bibəri, bir neçə qırmızı turpu və 150 q yüngül feta pendirini doğrayın, duz-istiot qatın, qarışdırın.
Balıq salatı: 150 q yağ ilə tunes balığı, bərk bişirilmiş yumurta, pomidor və soğan. Yağı boşaldın, yumurta, pomidor və soğanı doğrayın, duz-istiot qatın, hamısını qarışdırın.
Pendir salatı: 200 q tərkibində yağın miqdarı az olan kəsmik, doğranmış qırmızı turp və kəvər, 4 xörək qaşığı yoqurt, duz-istiot.
Toyuq salatı: 100 q qızardılmış və doğranmış toyuq döşü, ananas və alma dilimləri, 3 xörək qaşığı konservləşdirilmiş qarğıdalı, 2 qara gavalı.

Şam – evdə yeməyi unutmayın.
Tərəvəzlərlə düyü: 100 q bişirilmiş düyü ilə 250 q yağda pörtülmüş tərəvəz və göbələyi qarışdırın.
Tərəvəzlərlə balıq: 2 sürtkəcdən keçirilmiş kökü, doğranmış soğanı və pomidoru yağda pörtlədin, 150 q balığı əlavə edin, pörtlədin, duz-istiot qatın.
Göbələklərlə frikadellər: 1 soğanı göbələklərlə birlikdə pörtlədin, 100 q toyuq qiyməsi, cəfəri və duz-istiot əlavə edin, frikadelləri hazırlayın, buxarda bişirin. Süfrəyə bir xörək qaşığı düyüdən ibarət olan qarnirlə verilir.
Makaron və sous: 100 q makaron bişirin, 2 çay qaşığı soğan və sarımsaqla pörtülmüş tomat pastası qatın.

  

, , , , ,