İtalyan pəhrizi

Dadlı

İtalyanlar qarınquludurlar, amma onlar öz sağlamlığına və gözəlliyinə dəyər verir. Buna görə də, onların məsləhətinə əməl etmək və uzun illər sağlamlıqdan həzz almaqda yardımçı olacaq italyan pəhrizi tutmaq yaxşı olardı *

La dolce vita

İtalyan mətbəxi barədə saatlarla yaza bilərik. Bu mətbəx nəfis reseptlərlə zəngindir, amma onun unikallığı italyanların yemək tərzində gizlidir. Onlar adətən, yeməklərinin və şərablarının dadına ailəsi və dostları ilə birgə baxırlar.

italian diet menu consists 5 set of diet

İtalyan pəhrizi həmçinin bir həyat tərzi və yemək mədəniyyətidir. İtalyanların həyat həzzini öyrənməkdə aşağıdakılar yardımçı olacaqdır:

Yemək vaxtına istirahət vaxtı kimi yanaş. Yeməyə bir bayrama kimi yanaş ki, bu bayramda hər şeyi unutmaq olar!

Yeməkdən sonra, yeməyi bölüşdüyün insanlarla gəzintiyə çıx. Söhbət et və cənublu italyanların etdiyi kimi, hər andan həzz al!

 italian food can help you enjoy good health for many years to come

Pitsa və tərəvəzlər

Məşhur pitsanın tərəvəzli versiyası da var. O, pomidor, soğan, zeytun və bibərlə birgə verilir.

Fiziki olaraq aktiv ol – velosiped sür və ya gəzintiyə çıx.
Televizor və ya kompyuter önündə yemək vərdişlərindən qurtul – “Fast food”-lardan tamamilə imtina et.
Mümkün olduğu qədər, həmişəki yağ yerinə zeytun yağından istifadə et.

Menyu

Səhər yeməyi
Özünü kofe və ya kappuçino ilə əyləndirə bilərsən.
Lanç
Qadınlar üçün lança meyvə və ya meyvə şirəsi, kişilər üçün qızardılmış bud əti və ya balıq sendviçi məsləhətdir.
Nahar

Nahar bir neçə porsiyalarla verilir. İlk olaraq antipasti – yüngül qidalar – bir neçə dilim yemiş, bir parça qızardılmış bud əti (adətən yayda) və krostini (qışda) – kiçik çörək tikəsi ilə mozzarella pendiri, mikrodalğalı sobada bişirilmiş göbələklər, soğan, ispanaq və pomidor, və ya pendir. Əsas porsiya makaron və sous seçimlərindən ibarətdir. Sonra salat və ya ət, balıqla birgə müxtəlif üsulla hazırlanmış tərəvəzlər süfrəyə verilir. Ən sonda desert gəlir.
Gündüz yeməyi
Xoşladığımız meyvə, yoğurt, südlü desertlər və ya bir hissə pitsa yemək olar.
Şam yeməyi
Bu əsas yeməkdir. Bu yeməkdə gərək ət, balıq və ya pendirlə birgə buxara verilmiş, bişmiş və ya təzə tərəvəzlər olsun. Süfrəyə verilən çörək duzsuz olmalıdır. Bir qədəh quru ağ və ya qırmızı şərab içmək olar.
, , , ,