Qış pəhrizi

Dadlı

Soyuq günlər zamanı günəş işığının çatışmazlığını xüsusilə hiss edən və rasionunu qış gerçəkliyinə uyğunlaşdırmaq istəyənlər üçün xüsusi pəhriz *

Baxmayaraq ki, kalori tələbatımız yay və qış vaxtı elə də fərqlənmir, yenə də menyumuzu çeşidli etmək lazımdır.

Daha çox enerji

Bədənimiz istilik balansını saxlamaq üçün qidadan gələn aha çox enerji dozasına ehtiyacı vardır. Buna görə də biz bol qida və enerjili yeməklərə zərurət duyuruq.

 always take less than 1000 calories in your winter diet plan

Faydalı – nəyi yeməli, nədən çəkinməli?

  • tam taxıl məhsulları, paxlalı bitkilər, az yağlı ət, qaraciyər dəmirin və çatışmazlığı yorğunluğa səbəb olan B, E vitaminlərinin əla mənbəyidir
  • günlük qida qəbullarının miqdarı çox vacibdir. Gündə 4 dəfə yemək mütləq minimumdur. Hər 3 saatdan bir yemək yemək bədənimizin düzgün istilik balansını saxlayır
  • tutumlu səhər yeməyi soyuqdəymənin qarşısın alır, səhər yağı daha sürətli yandırdığımız üçün piylənmə əmələ gətirmir: bununla yanaşı, bədənimiz qida elementlərini daha yaxşı mənimsəyir
  • tərəvəz və meyvələr: A, C, E (qidadan enerji almağa kömək edən və immuniteti möhkəmləndirən) vitaminləri ilə zəngin pomidor, bibər, brokkoli, brüssel kələmi, kahı, kərəviz, portağal, qreypfrut, yemiş, kivi hər bir yeməyə əlavə olunmalıdır
  • süd məhsulları, toyuq əti, balıq, dana əti, lobya, dənli bitkilər, cücərtilər, qoz-fındıq B qrup vitaminlərinin mənbəyidir ki, bu vitaminlər immun sistemi üçün əhəmiyyətlidir və antidepressant xassələrə malikdir
  • ət, paxlalı bitkilər, o cümlədən mərci və müxtəlif yarmalar bizi qanazlığından və immunitet zəifliyindən qoruyan dəmir elementi ilə təmin edir
  • tam taxıl çörəyi, lifli yarma doyuzdurucudur və eyni zamanda enerjinin əla mənbəyidir ki, qışda bu enerjinin 50 faizini karbohidratlar təmin edir
  • balıq, toyuq əti, yumurta, brokkoli, qarğıdalı, göy noxud bədənimizi şirniyyata olan iştahı öldürən xromla zənginləşdirir
  • paxlalı bitkilər, soya, kətan toxumu, küncüd toxumu, tam buğda məhsulları, balıq, qoz-fındıq, brokkoli tərkibində maqnezium olduğu üçün həzm metabolizmini sürətləndirir
  • süd, süd məhsulları, yarma, paxlalı bitkilər, soya, balıqlar (sümüklü) kalsiumla zəngin olduğu üçün bizə doyma hissi verir
  • ağ çörək, piroq, peçenye istehlakının azalması lazımsız və piylənməyə gətirib çıxaran şəkərin istehlakını azaldır

 

 Always take 4 glass of water in winter dites

Ye və çəki yığma

Ən mühüm şey odur ki, pəhrizimiz yaxşı balanslaşdırılmalıdır, yəni bizi daha çox enerji ilə təmin etməli, immuniteti artırmalı, amma kökəlmənin önünü almalıdır.

Mümkündür ki, sizin bədəniniz immuniteti artırmaq, infeksiyadan yayınmaq və piy toxumalarının toplanmasına izin verməmək üçün nə etməli olduğunu özü bildirsin.

Menyu

Səhər yeməyi:
Iki tikə çörək, yaşıl soğanlı kəsmik, ilıq bişirilmiş yumurta, pomidorlu salat, moruqlu çay
Lanç:
iki tam buğda bulkası ilə hinduşka vetçinası, təzə portağal şirəsi
Nahar:
buxarda bişirilmiş toyuğun döş əti, brokkoli, qabıqla bişmiş kartof, limonlu mineral su
Günorta yeməyi:
Banan, alma, portağal və kivili meyvə salatı
Şam yeməyi:
bişmiş lobya, tam buğda keksi, skumbriya balıqlı makaron, limonlu çay.
, ,