Qida piramidaları

Xeyirli

Sağlam həyat tərzinə böyük təsirə malik olan qidalanma piramidası düzgün qidalanmanın optimal modelidir. Qida piramidaları təkcə pəhriz deyil, sağlam qidalanmamız üçün tövsiyələrdir. Qidalanma piramidaları gündəlik rasionda müxtəlif ərzaqların məsləhət görülən miqdarını və nisbətlərini bizə göstərir

Tərəvəzlər haqqında bir neçə faktı bilmək çox önəmli ola bilər. Biz bir çox tərəvəz haqqında məlumatlar təklif edirik. Konservləşdirilmiş və dondurulmuş tərəvəzlərin istehsalı üzrə tanınmış Bonduelle sizinlə paylaşa biləcəyi çoxlu biliklərə malikdir.

Qarğıdalının nə üçün bir çox mədəniyyətlərdə xüsusi önəm daşıdığını və yaşıl noxudun məşhur olma səbəbini kəşf edin.



Siz şəxsi piramidanızın başında hansı yeməyi qoyardınız?







Qida piramidaları

  • Fiziki aktivliyi sağlam həyat tərzinin əsası kimi təqdim edən 21-ci əsrin qidalanma piramidası
  • Asiya qidalanma piramidası – ənənəvi, sağlam Asiya pəhrizi
  • Latın qidalanma piramidası – birbaşa isti Latın Amerikasından olan pəhriz
  • Uşaqlar üçün qidalanma piramidası – məktəbəqədər yaşdan başlayaraq 12 yaşa qədər uşaqlar üçün tarazlaşdırılmış və müxtəlif pəhriz
  • Hamilə qadınlar üçün qidalanma piramidası – bu halda qidalanmanın özü ikiqat əhəmiyyətə malikdir ki, o həm gələcək ananın, həm də onun uşağının sağlamlığına təsir göstərir
  • Yeniyetmələr üçün qidalanma piramidası – müvafiq qidalanma bədən inkişafı, fiziki və zehni inkişaf üçün həyati əhəmiyyətlidir.
  • Aralıq dənizi qidalanma piramidası – əsası zeytun yağı olan tərəvəzlərin, meyvələrin, dənli bitkilərin, qabıqlı bitkilərin, xüsusi şəkildə hazırlanmış lobyanın və qoz-fındığın birləşməsi
  • Yaşlı adamlar üçün qidalanma piramidası – möhkəm sağlamlığı və gözəl fiquru saxlamaq üçün zəruri qidalandırıcı maddələrlə bədəni təchiz edir.

İlk qidalanma piramidası 1992-ci ildə yaradılmışdı. O vaxtdan müxtəlif yaşlar və etnik qruplar (məsələn, Asiya qidalanma piramidası, Latın qidalanma piramidası) mənsub olan insanların müvafiq yemək vərdişlərini, həm də pəhrizi nə sağlam edir məsələsinə müxtəlif mövqeləri nəzər nöqtələrini əks etdirən daha bir neçə piramida əlavə edilib. Sağlam qidalanma piramidası adlı axırıncı əlavə ən son qidalanma tədqiqatlarını əks etdirir. Yeni piramidanın əsas xüsusiyyəti karbohidratlar və piylər arasında olan balans, həm də karbohidratların və piylərin yaxşılara və pislərə bölünməsidir.

Qida piramidaları

Biz müvafiq, yaş qrupumuza, həyata vəziyyətimizə və tələblərimizə görə bizə uyğun olan qidalanma piramidasını seçməliyik. 70-dən çox yaşı olan insanlar gündə 8 və ya daha çox stəkan su içməlidirlər. Piramidanın təpəsində həmçinin kalsium, D və B12 vitaminlərinin əlavələri də var. Yaşlı adamlar üçün qidalanma piramidası standart birindən daha nazikdir ki, onlar kalori miqdarını azaltmaq üçün arıqlamaq istəyən adamlar qədər yeməlidirlər. Buna baxmayaraq, tərkibində kalori çox olan ərzaq məhsullarının əvəzinə onlar hər gün qidalandırıcı maddələri ilə zəngin məhsulları istehlak etməyi unutmamalıdırlar. 2-12 yaş arasında olan uşaqların da öz piramidası var ki, bu piramıda onların yediyi ərzaq məhsullarını əks etdirir. Onlar uşaq orqanizmini sağlamlıq və düzgün inkişaf üçün zəruri olan bütün komponentlərlə təchiz edirlər. Gündəlik rasion müxtəlif olmalıdır ki, uşaq cürbəcür qida məhsullarını yesin. Uşaqlar həmçinin fiziki aktivliyin bütün növlərində, o cümlədən məşqlərdə və oyunlarda iştirak etməlidir. Hamilə qadının pəhrizinə sağlam qidalanmanın bütün prinsipləri daxildir. Bu pəhrizə daha çox vitaminlər, zülallar və minerallar əlavə edilməlidir.

Qidalanma piramidasının tövsiyələrindən niyə istifadə etməliyik?

Düzgün olmayan pəhrizlər çəkinin itirilməsinə, böyümənin ləngiməsinə və bədənin zəifləməsinə gətirib çıxarır. Digər tərəfdən, yüksək enerjili qida məhsullarının məsləhət olunan həddən artıq istehlakı, artıq çəkiyə və “sivilizasiya xəstəlikləri”nə səbəb olur.

  • Düzgün olmayan yemək vərdişləri və oturaq həyat tərzinin nəticəsi olan diabet, hipertoniya, və skleroz kimi xroniki xəstəliklərin riskini azaltmaq üçün.
  • Bədəni tələblərə, yaşa, cinsə, sağlamlıq vəziyyətinə, fiziki aktivlik dərəcəsinə və iş növünə adekvat olan bütün qidalandırıcı maddələrlə müvafiq miqdarlarda və proporsiyalarda təchiz etmək üçün.
  • Bədəni ehtiyaclarına uyğun səviyyədə enerji ilə təchiz etmək üçün. Enerji defisiti aclıq hissi və dözümlülüyün aşağı olması ilə büruzə verilir.

Həlledici məqam gündəlik yeməklərimizin düzgün şəkildə tarazlaşdırılmasından ibarətdir. Dənli bitkilər demək olar ki hər bir yemək qəbuluna daxil olmalıdır, tərəvəzlər və meyvələr ən azı gündə üç dəfə istehlak edilməlidir, süd məhsulları iki və ya üç yemək qəbuluna, ət isə bir və ya iki yemək qəbuluna daxil olmalıdır.

Piramidanın təpəsi piylər və şirniyyat üçün ayrılıb, lakin onlar məhdudlaşdırılmalıdır. Ən optimal variant gündə 5 dəfə və ya ən azı 3 dəfə yemək qəbul etməkdir. Pəhrizdən başqa, fiziki aktivliklə məşğul olmaq da vacibdir. Bu bizə özümüzü daha yaxşı hiss etməyə kömək edəcək və bizi daha sağlam edəcək. Fiziki aktivlik hər bir nəfərin tələblərinə, imkanlarına və nəyə üstünlük verdiyinə uyğun olsa daha yaxşı olar. Fiziki məşqlər hər gün azı yarım saat davam etməlidir. Fiziki aktivliklə istəməyə-istəməyə məşğul olmaq olmaz, o zövq verməli və gundəlik həyatın stressini ləğv etməyə kömək göstərməlidir.

food-pyramids-02

Özünüz və ailəniz üçün ən yaxşı qidalanma piramidasını seçin ki, yemək vərdişlərin dəyişməsi uzun və sağlam həyat yaşamaq üçün ən effektiv yoldur.

O tərəvəz ki, sizin yemək piramidanızın bünövrəsidir və onu hər zaman yeyə bilərsiniz?



Sizin ən sevdiyiniz tərəvəz hansıdır







, , , ,