Tərəvəzlər və sağlamlıq

Xeyirli

Sağlam pəhrizə aid olan sirrlər və ən yeni elmi kəşflər. Sağlamlığımıza yaxşı təsir edən və bizi xəstəliklərdən qoruyan ərzaqları bilməyə dəyər.

Biz çoxdan bilirik ki, bizim sağlamlığımız böyük dərəcədə yediyimizdən asılıdır.Alimlərin yediyimizin immunitetimizə təsiri haqqında apardığı tədqiqatın nəticələri olduqca maraqlıdır.good-to-know1

Bir sıra təhlükəli xəstəliklərin əmələ gəlmə riskini azaltmaq üçün necə qidalanmalı olduğunu bilmək hamıya sərfəli olar. “Tərəvəzlər və sağlamlıq” məqaləsində siz təzəcə kəşf edilmiş qida elementlərinin sağlamlığınıza necə təsir etdiyi sualına cavab tapacaqsınız. Eləcə də hansı tərəvəzlərin – təzələrin, yoxsa dondurulmuşların bizim sağlamlığımıza daha sərfəli olduğunu bilməyə dəyər. Avropa alimləri və diyetoloqlarının ən yeni kəşflərinə və tövsiyələrinə əsasən sizin gündəlik rasionunuz necə olmalıdır – bu haqda siz “Gündə 5 dəfə” bölməsində öyrənə bilərsiniz… Sivilizasiya xəstəlikləri ilə effektiv mübarizə necə aparılmalı? Bu və bir çox digər suallara cavab saytın bu hissəsində tapa bilərsiniz. Özünüz və yaxınlarınızın həmişə xoşbəxt və sağlam olması üçün bunları bilməyə dəyər.

Əgər siz insanlardan tərəvəzlərin çox faydalı olduğunu bilib-bilmədiklərini soruşsanız hamısı “bəli” deyə cavab verəcək. Lakin tərəvəzlərin nə üçün bu qədər faydalı olduğunu soruşsanız əksəriyyəti cavab verməkdə çətinlik çəkəcək.

Biz tərəvəzlərin gündəlik pəhrizimizdə əhəmiyyətindən bəhs edən faydalı seçmə faktlar və məqalələr təklif edirik.

Məsələn, siz tərəvəzlərin rəngləri ilə faydaları arasındakı əlaqə barəsində öyrənə bilərsiniz.

Sevimli tərəvəzlərinizin siyahıda olub-olmamasını yoxlayın və onların sizə nə üçün faydalı olduğunu öyrənin:

yaşıl
qırmızı
narıncı
bənövşəyi