• nutrients

Lobyaların sağlamlıq faktları

Xeyirli

Lobya pəhrizin əsası kimi istifadə olunur və sağlamlığa faydaları yaxşı tanınır. Lobyaların gündəlik pəhrizinizi necə zənginləşdirə biləcəyini öyrənin.

Bütün dünyada lobyaların təxminən 400 növü vardır. Onlar rənglərinə və ölçüsünə görə fərqlənir. Ağ (kanellino, Boston), tünd ləkəli bej rəngləri (pinto və ya qaragöz), yaşıl (flajolet), çəhrayı və qara (Latın Amerikasında məşhurdur) rəngləri vardır. Onların hamısının tərkibində protein vardır, lakin mineral elementlərinə və enerki dəyərlərinə görə fərqlənirlər. Təzə lobyalar B, C, və E vitaminlərinin, kalium, kalsium və fosforun zəngin mənbəyidir. Bəzi növlərində həmçinin, dəmir, fol turşusu (munq, pinto, qaragöz), selenium (qaragöz) və sink (qırmızı lobyalar, renal və qara lobyalar) olur.

Proteinin dəyərli mənbəyi

Lobya proteinlərində lizin olur. Bu, ürəyi gücləndirən, işemik və myokardial infarktın qarşısını alan karnitin istehsal etmək üçün bədənə lazımlı amin turşusudur. Bundan əlavə, lobya proteinləri bədənin turşu balansını saxlamasına kömək edir. Xüsusilə, pəhrizimizdə ət, balıq, yumurta və un məhsulları olduğu zaman gərəklidir. Lobyalar həmçinin, mədə turşusu ifrazını azaldır. Ona görə də, turşu artıqlığından və mədə qıcqırmasından əziyyət çəkən insanlar üçün faydalıdır. Lobya toxumlarında olan protein osteoporozun profilaktikası üçün tövsiyyə olunur.

Health facts of beans

Beans rich in lecithin

Lobya toxumlarında olan lesitin kompleks yağlar sırasına daxildir və beyin, sinir toxumalarında faydalı təsiri vardır. Diqqətimizi və yaddaşımızı artırır. Leçitin, həm də, çəngələbənzər vəzinin (timus) aktivliyini artırır. Bu vəzi hüceyrə immunitetini tənzimləyir. Buna görə də, bədənə ətraf mühitdən gələn toksinləri azaltmaq üçün leçitin vacibdir. O, həmçinin, arteriyalarda yağların daşınmasına kömək edir və qanda xolestrol səviyyəsinin azaldılmasında vacib rol oynayır. Bu, ateroskleroz və hipertenziya kimi ürək-damar xəstəlikləri riskini azaldır.

, , , , ,