Gözlərinizi qoruyur – tərəvəzlərdəki təbii filterlər

Xeyirli

Bilirsinizmi, düzgün meyvə və tərəvəzlər yeməklə, gözlərinizi zərərli ultrabənövşəyi şüalardan qoruya bilərsiniz? Gözlərinizi necə qorumağı öyrənin.

Bəzi qidalar gözləri gücləndirir və onları günəş işığından qoruyur. Bunların arasında azad radikalları neytrallaşdıran antioksidantlar var. Ən vacibləri, E,A,C vitaminləri və beta-karotindir ( pro-vitamin A): onların işi sink, manqan və selenium, eləcə də antosianin mineralları tərəfindən dəstəklənir- qırmızı və göy meyvə və tərəvəz boyaları (ən çox qarağat və böyürtkəndə olur). Gözləri müdafiə edən digər qoruyucular retina və Makula luteanın tərkibində olur: zeaksantin və lutein. Bunların da antioksidləşdirici xüsusiyyətləri var və həmçinin, ultrabənövşəyi şüaları udaraq təbii günəş qoruyucusu olurlar. Bədənimiz zeaksantin və ya lutein ifraz etmir, lakin onlar bu maddələrlə zəngin ərzaq və tərəvəzlərdə ola bilir, məs, yerkökülər, ispanaq, brokoli, qarğıdalı, kələm, cəfəri, gül kələmi və noxudlar.

, , , , , ,