• nutrients

Ən məşhur makaron sousları

Dadlı

İtaliyada souslar müəyyən regiona xas məhsullardan hazırlanır. Ölkənin şimalında ən çox yerdombalanı və digər göbələklərdən, Genuyada ətirli pestodan, Neapolda əla növ pomidorlardan, ölkənin cənub hissəsində isə dəniz məhsullarından daha çox istifadə olunur. Bu günümüzdə bütün souslar bir-birinə bənzəyir. İstifadə edilən hər növ yeni inqrediyentlər dünyanın hər yerindən idxal olunur.

Bolonya sousu Italiyanın Emilia-Romanya regionuna xas sousdur. Bu sousun tərkibinə əsasən yerkökü, soğan, kərəviz, tomat püresi və qırmızı şərab daxildir. İtaliyada bu sous spagetti ilə verilmir. Bolonya sousuna xas makaron talyatelle – uzun yastı zolaqlı makarondur. Bu sous beşamel souslu lazanya ilə əla vəhdət təşkil edir.

Karbonara Latsio, xüsusən də Romaya xas sous növüdür. O, ənənəvi olaraq yumurta, bekon (adətən pansetta), pekorino və ya parmezan pendirindən qara istiot əlavəsi ilə hazırlanır. Bu sous adətən spagettiyə əlavə edilməsinə baxmayaraq uzun və nazik zolaqlı bavette makaronu ilə də süfrəyə verilə bilər. Klassik yaşıl pesto Liquriya regionunun paytaxtı Genuyada meydana gəlib. Onun əsas komponentlərinə daxildir: reyhan, şam, qoz-fındıq, sarımsaq, zeytun yağı, parmezan və dəniz duzu. Pesto bavette, spagetti və ya bişmiş lazanya dilimləri ilə əla vəhdət təşkil edir.

Arrabiata Latsio və Roma regionuna xas digər bir makaron növüdür. Zeytun yağında çili və sarımsaqdan tomat sousu hazırlamaq çox sadə və asandır. Arrabiata sousu penne riqata makaronu ilə əla dadır. Bu souslu makaronun üzərinə adətən doğranmış cəfəri səpilir. Bundan pizza üçün sous kimi də istifadə etmək olar.

AZ-SAUCES

Makaronlar üçün sevimli sousunuzu kəşf edin

Digər dadlı reseptləri buradan əldə edin:

Mükəmməl makaronu necə bişirməli?

Lazanya – makarondan hazırlanmış zapekanka

, , , , , ,