• nutrients

Bizim orqanizmimiz üçün ən çox hansı vitaminlər lazımdır?

Xeyirli

Vitaminlər və mikroelementlər insan orqanizmi üçün təkcə böyümə və formalaşma dövründə deyil, eyni zamanda yaşlı insanın sağlamlığının qorunub saxlanması, güc və yaxşı əhval ruhiyyəsi üçün həyati əhəmiyyət kəsb edir. Hansı vitaminlər zəruridir və nə üçün?

Hamımıza məlumdur ki, bədənimizin normal işi üçün lazımı miqdarda vitamin və minerallara ehtiyac duyulur. Bu maddələrin optimal səviyyədə orqanizmə daxil olması üçün balanslı və müxtəlif yeməklər yemək lazım gəlir. Lakin çoxları insan orqanizmi üçün məhz hansı elementlərin lazım olduğundan xəbərsizdir.
A vitamini orqanizmin düzgün fəaliyyəti üçün müstəsna önəm kəsb edir. O, gözlərin sağlamlığının və eyni zamanda saçların və dərinin keşiyində durur.
Sağlamlıq üçün mühüm maddələrdən biri də B qrupu vitaminləridir. Bizim yaxşı əhval-ruhiyyəmiz məhz bu vitaminlərdən asılıdır. Həmçinin onların immun və sinir sisteminə təsirini də unutmamalıyıq.

C vitamini də insan orqanizmi üçün həyat əhəmiyyəti kəsb edən vitaminlər sırasındadır. O, orqanizmin müxtəlif infeksiyalara qarşı müqavimətini artırır. Bundan əlavə C vitamininin lazımı miqdarda istifadəsi ürək-damar xəstəlikləri riskini azaldır.

Əzələlərimizə güclü təsir edən E vitaminini də unutmayaq. O, güclü antioksidləşdiricidir və buna görə də orqanizmimizi daim bu vitaminlə təmin etməklə onu xərçəng və ürək xəstəliklərindən qorumuş oluruq.

Qanın laxtalanmasında mühüm rol oynayan K vitamini də qeyd etmək yerinə düşər. Bu vitamin eyni zamanda xərçəngin inkişafının qarşısını alır və insan bədənində kalsiumum udulmasına yardım edir.

Bizim orqanizmimiz üçün ən çox hansı vitaminlər lazımdır?

Sağlamlığınızı möhkəmləndirmək üçün rasionunuzu vitaminlərlə zənginləşdirin

Sağlamlığınız haqqında daha çox öyrənin:

Tərəvəzlər – süfrənizdəki vitaminlər

, , , , , ,